Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

BMT-nin Baş katibi Moskva vilayətindəki terror aktını pisləyib

© AP Photo / Paul White BMT-nin Baş katibi Antoniu Quterreş
 BMT-nin Baş katibi Antoniu Quterreş - Sputnik Azərbaycan, 1920, 23.03.2024
Abunə olmaq
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib.
BAKI, 23 mart - Sputnik. BMT-nin Baş katibi Antoniu Quterreş “Crocus City Hall”dakı terror aktını qətiyyətlə pisləyir və Rusiya Federasiyasının xalqı və hökumətinə başsağlığı verir.
“Report” xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsinin müavini Fərxan Haqın yaydığı bəyanatda qeyd olunub.
“Baş katib bu gün Moskva vilayətindəki konsert zalında 40 nəfərin ölümü (ölənlərin sayı 60-ı ötüb – red.) və 100-dən çox insanın yaralanması ilə nəticələnmiş terror aktını ən kəskin şəkildə pisləyir. Baş katib həlak olanların ailələrinə, Rusiya Federasiyasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir”, – sənəddə deyilib.
Quterreş həmçinin zərərçəkmişlərin tezliklə sağalmasını diləyib.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Olayda ümumilikdə 40-dan çox insan ölüb, 147 nəfər yaralanıb.
Emin Ağalarov - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub
Xəbər lenti
0