Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub

© Sputnik / Murad OrujovEmin Ağalarov
Emin Ağalarov - Sputnik Azərbaycan, 1920, 23.03.2024
Abunə olmaq
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib.
BAKI, 23 mart - Sputnik. “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov “Crocus City Hall”un konsert zalında törədilmiş terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, bu terror aktının onun ailəsinə də təsir etdiyini vurğulayıb.
Bu barədə biznesmen instaqramda yazıb.
“Crocus City Hall”da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub. Acımızı təsvir edəcək söz tapmıram”, – Ağalarov qeyd edib.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Olayda ümumilikdə 40-dan çox insan ölüb, 147 nəfər yaralanıb.
Crocus City Hall terror aktından sonra - Sputnik Azərbaycan, 1920, 30.03.2024
"Crocus City"də terror aktı
“Crocus”da terror nəticəsində yaralananların sayı artıb
Xəbər lenti
0