DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Ermənistan hərbi əməkdaşlığı genişlənir

© AFP 2023 / CHRISTOF STACHEABŞ hərbçisi
ABŞ hərbçisi - Sputnik Azərbaycan, 1920, 03.01.2024
Abunə olmaq
Bu yaxınlarda ABŞ-ın Avropa Komandanlığının baş serjantı Robert Aberneti bu məqsədlə Ermənistana səfər edib.
BAKI, 3 yanvar - Sputnik. ABŞ hərbçiləri Ermənistan Silahlı Qüvvələrinin serjant korpusunun təkmilləşdirilməsində yardım edir. Bu barədə ABŞ-ın Avropa Komandanlığının mətbuat xidməti məlumat yayıb.

“Bu yaxınlarda ABŞ-ın Avropa Komandanlığının baş serjantı Robert Aberneti Ermənistan Silahlı Qüvvələrinin serjant korpusunun təkmilləşdirilməsinə kömək etmək, ilkin hazırlıq və inkişaf siyasətinin formalaşdırılması üzərində işləmək üçün Ermənistana səfər edib”, - məlumatda deyilir.

Bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan ABŞ-ın Avropa Komandanlığının rəis müavini Stiven Başamla danışıqlar zamanı bildirib ki, Ermənistan orduda islahatların aparılmasında ABŞ-dan yardım gözləyir.
KTMT - Sputnik Azərbaycan, 1920, 27.12.2023
SİYASƏT
KTMT öz üzərinə düşən vəzifələri yerinə yetirməyə tələsmir - Mirzoyan
Xəbər lenti
0