SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

KTMT öz üzərinə düşən vəzifələri yerinə yetirməyə tələsmir - Mirzoyan

© AFP 2023 / KTMT
KTMT - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
Ermənistanın xarici işlər naziri bildirir ki, KTMT-nin üzvləri bir-birlərinin sərhədlərini qorumalıdırlar.
BAKI, 27 dekabr — Sputnik. Ermənistan Avrasiya İqtisadi İttifaqını (Aİİ) effektiv platforma hesab edir və Rusiyanın siyasətini tənqid etmir, lakin lakin həm ikitərəfli münasibətlər çərçivəsində, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində suallar doğuramn məqamlar var.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
"Söhbət müxtəlif mənalı strukturlardan gedir. Söhbət KTMT-dən gedirsə, o zaman onun üzvləri bir-birlərinin sərhədlərini qorumalıdırlar. Bu təşkilat öz üzərinə düşən vəzifələri yerinə yetirməyə tələsmir. Düşünmürəm ki, siz nə vaxtsa bizim Aİİ ilə bağlı eyni mövqeyə malik olduğumuzu eşidəcəksiniz. Aİİ səmərəli fəaliyyətini davam etdirir. Ermənistanın Aİİ kontekstində Rusiyanı tənqid etməsi epizoduna rast gəlməzsiniz" - o, qeyd edib.
Xəbər lenti
0