Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Pakistandan düyü idxalını kəskin artırıb

© AFP 2023 / BENSON IBEABUCHIDüyü
Düyü - Sputnik Azərbaycan, 1920, 26.08.2023
Abunə olmaq
Pakistandan Azərbaycana gətirilən düyü 15 faiz gömrük rüsumundan azad edilib.
BAKI, 26 avqust — Sputnik. Azərbaycan Pakistandan düyü idxalını kəskin artırıb.
İdxal 2 dəfə yüksəlib
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Pakistandan 973 min dollar dəyərində 1192 ton düyü idxal edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 2 dəfə, dəyər baxımından 2,2 dəfə çoxdur.
1 ton düyü 815 dollara gətirilib
Bu ilin 6 ayında 1 ton düyü 815 dollara Pakistandan ölkəmizə gətirilib. Keçən ilin eyni dövründə isə 1 ton düyü 736 dollara idxal edilib. Beləliklə, Pakistandan bu il düyünün orta idxal qiyməti 79 dollar (134 manat) bahalaşıb.
Pakistandan düyü idxalına görə rüsum tutulmur
Qeyd edək ki, ötən il Pakistandan Azərbaycana gətirilən düyü 15 faiz gömrük rüsumundan azad edilib. Azərbaycanın Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. 2027-ci ilin sonunadək Pakistan mənşəli düyünün idxalına görə gömrük rüsumu tutulmayacaq.
"Pakistandan keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə nə üçün başqalarından almalıyıq?"
Xatırladaq ki, keçən ilin noyabrında Pakistanın Baş naziri ilə ticari-iqtisadi əlaqələrin canlandırılmasını müzakirə etdiklərini vurğulayan Prezident İlham Əliyev deyib:
"Biz bir-birimizi hansı məhsullarla təmin edə biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə nə üçün onu başqalarından almalıyıq?".
Ümumilikdə 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 32 milyon 506 min dollar dəyərində 36 min 430 ton düyü idxal edilib. Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə düyü idxalı dəyər ifadəsində 22,1%, miqdar ifadəsində 15,3% artıb. Azərbaycan əsasən Hindistandan düyü alıb.
Onu da əlavə edək ki, 2022-ci ildə Azərbaycanda çəltik istehsalı 2015-ci ilə nisbətən 4 dəfə, 2021-ci ilə nisbətən isə 8,4 faiz artaraq 11,6 min ton olub.
Düyü satışı - Sputnik Azərbaycan, 1920, 10.08.2023
İQTİSADİYYAT
Asiyada düyü qiymətləri son 15 ilin ən yüksək həddinə çatıb - Yerli bazara da təsir edəcək
Xəbər lenti
0