Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

FTX: Ukrayna kəşfiyyatı Rusiyada "çirkli bomba" ilə terror aktı törətməyi planlaşdırıb

© AFP 2023 / MARIO TAMABioloji təhlükəli maddə, arxiv şəkli
Bioloji təhlükəli maddə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
Bildirilir ki, Ukrayna kəşfiyyatının planına görə, bu, ərazini insanların yaşaması üçün yararsız hala gətirməsi olub.
BAKI, 6 iyun — Sputnik. Ukraynanın hərbi kəşfiyyatı radioaktiv maddələrdən ibarət "çirkli bomba"dan istifadə etməklə Rusiyada terror aktı planı hazırlayıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat verib.
FTX bəyan edib ki, Kiyevin beynəlxalq terror aktlarının hazırlanmasında iştirakı ilə bağlı əlavə məlumat əldə edib.
Belə ki, 2023-cü ilin mayında İvanovo vilayətindəki Severnı aerodromunda hazırlanan təxribatın araşdırılması zamanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiya ərazisində "çirkli bomba"dan istifadə etməklə terror aktı həyata keçirməyi planlaşdırdığı məlum olub".
İddia olunur ki, Kiyevdə eyni vaxtda partlaması nəzərdə tutulan təxirə salınma taymerləri ilə təchiz olunmuş "çirkli bomba"ların çatdırılması və yerləşdirilməsi üçün plan hazırlanıb.
Ukrayna kəşfiyyatının planına görə, bu, ərazini insanların yaşaması üçün yararsız hala gətirməli olub.
RİA Novosti-nin verdiyi məlumata görə, "çirkli bomba" radioaktiv izotopları və partlayıcı maddə yükü olan konteynerdir, partlayıcı maddə partlayanda o dağılır, radioaktiv "doldurma" isə zərbə dalğası ilə püskürür.
2022-ci ilin noyabrında Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Kiyev hələ də "çirkli bomba" istehsal etmək və istifadə etmək qabiliyyətinə malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kaxovskayada su elektrik stansiyası - Sputnik Azərbaycan, 1920, 06.06.2023
RUSİYA
Kreml SES-i rusların partlatması barədə ittihamları rədd edir: "Kiyevin təxribatıdır"
Xəbər lenti
0