Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml SES-i rusların partlatması barədə ittihamları rədd edir: "Kiyevin təxribatıdır"

© Sputnik / РИА Новости / Mediabanka keçidKaxovskayada su elektrik stansiyası
Kaxovskayada su elektrik stansiyası - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
Rusiya Federasiyası prezidentinin mətbuat katibi bildirib ki, Krımda yerli su anbarlarının ehtiyatlarından su ilə təmin etmək üçün təhlükəsizlik marjası mövcuddur.
BAKI, 6 iyun — Sputnik. Rusiya Kaxovskayada su elektrik stansiyasının partladılması ilə bağlı ittihamları qətiyyətlə rədd edir, bütün məsuliyyəti Ukrayna hakimiyyəti daşıyır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, bu, Ukrayna qoşunlarının hücumlarının uğursuzluğu ilə bağlıdır.
"Rusiya dövlət başçısı Kaxovskayadakı vəziyyətlə bağlı Müdafiə Nazirliyi və digər qurumlardan məlumatlar alır", - deyə o, bildirib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, Krımda yerli su anbarlarının ehtiyatlarından su ilə təmin etmək üçün təhlükəsizlik marjası mövcuddur.
"Müəyyən təhlükəsizlik marjası var. Mən oradakı su anbarlarında suyun səviyyəsini nəzərdə tuturam", - Peskov çərşənbə axşamı jurnalistlərə bildirib.
O xatırladıb ki, Krımın su ilə stabil təminatı üçün addımlar hələ Rusiya Şimali Krım kanalında nəzarəti təmin etməzdən əvvəl atılıb.
Eyni zamanda prezidentin mətbuat katibi bildirib ki, Moskvanın Ukrayna hakimiyyətini ittiham etdiyi Kaxovskaya SES-in bəndinin partladılmasında məqsədlərdən biri də Krıma suyun axınını kəsmək cəhdidir.
MAQATE Kaxovskaya Su Elektrik Stansiyasına dəyən ziyan barədə məlumatlardan xəbərdardır. Agentliyin ekspertləri Zaporojye AES-də vəziyyəti izləyirlər. Hazırda Kaxovskaya SES-dəki vəziyyət ZAES-in təhlükəsizliyinə heç bir təhlükə yaratmır.
Bundan əvvəl bildirilmişdi ki, ötən gecə atəşə tutulması nəticəsində SES-in yuxarı hissəsi dağılıb, Kaxovka su anbarının özünün bəndi isə dağılmayıb. Suyun nizamsız axıdılması baş verir. Hələlik əhalinin təxliyəsinə ehtiyac yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0