SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kişinyovda Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayacaq

© AFP 2023 / DANIEL MIHAILESCUKşinyov şəhərinə mənzərə, arxiv şəkli
Kşinyov şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.05.2023
Abunə olmaq
XİN-in mətbuat katibi deyib ki, Ermənistan tərəfi bütün fundamental məsələlər aydınlaşdıqdan sonra sənədi imzalamağa hazır olacaq.
BAKI, 26 may - Sputnik. İrəvan və Bakı arasında sülh sazişinin imzalanması Kişinyov danışıqlarının gündəliyində deyil.
Sputnik Ermənistanın xəbərinə görə, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Nazirliyin mətbuat katibi Ani Badalyan münasibətlərin normallaşdırılması və “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişlə bağlı müzakirələrin davam etdiyini bildirib.
Kişinyovda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının planlaşdırılmadığını vurğulayan Badalyan qeyd edib ki, Ermənistan tərəfi bütün fundamental məsələlər aydınlaşdıqdan sonra sənədi imzalamağa hazır olacaq.
O da vurğulanıb ki, həmin sənədlərin razılaşdırılması iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda, eləcə də Avropa Siyasi Birliyinin iclasından sonra davam etdiriləcək.
Xatırladaq ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Leyla Abdullayeva - Sputnik Azərbaycan, 1920, 26.05.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan və Ermənistan bu tarixdə sülh sazişi imzalaya bilərlər - Leyla Abdullayeva
Xəbər lenti
0