Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan və Ermənistan bu tarixdə sülh sazişi imzalaya bilərlər - Leyla Abdullayeva

© Sputnik / Murad OrujovLeyla Abdullayeva
Leyla Abdullayeva - Sputnik Azərbaycan, 1920, 26.05.2023
Abunə olmaq
Avropa Siyasi Birliyinin sammiti zamanı Nikol Paşinyan və İlham Əliyev Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparacaq.
BAKI, 26 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti zamanı Qarabağ üzrə sülh sazişi imzalaya bilərlər. Bu barədə "Reuters" Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən xəbər verir.
"Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh müqaviləsi imzalanacaq. Bu, qaçırılmamalı olan tarixi məqamdır", - Abdullayeva bildirib.
Qeyd edək ki, sammit çərçivəsində Nikol Paşinyan və İlham Əliyev Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparacaq.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür.
"Ortaq baxış bucağı var. Dövlət başçılarının bunun necə həll ediləcəyi ilə bağlı anlaşması var. Buna görə də "prosesə heç bir süni maneə artıq yaradılmamalıdır", - Peskov bildirib.
O əlavə edib ki, üç ölkənin baş nazirinin müavinləri bir həftədən sonra Moskvada görüşəcək və mövcud məsələləri müzakirə edəcəklər, hələlik detalları razılaşdırmalıdır.
"Hər şeyi sona çatdırmaq tapşırığı yoxdur. İndi çətin ki, kimsə sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdıra bilsin. Baxmayaraq ki, dünənki görüşdə deyildi ki, indi şərait çox dəyişib", - Peskov bildirib.
Xatırladaq ki, mayın 25-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderinin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Xəbər lenti
0