SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Ölkə başçısı Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.
BAKI, 4 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonuna səfər edib.
Dövlətimizin başçısı Xudafərin qəsəbəsinin təməlini qoyub, “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.
Qeyd edək ki, bu gün ölkə başçısı Laçın, Qubadlı və Zəngilana da səfər edib.
Dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, "Azərenerji" ASC-nin "Sarıqışlaq" Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.
Prezident Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin təməlini qoyub. Qubadlı şəhərində isə o, ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməlqoyma mərasimində iştirak edib.
Eyni zamanda Prezidentin iştirakı ilə Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin də təməlləri atılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib - Sputnik Azərbaycan, 1920, 04.05.2023
SİYASƏT
Prezident İlham Əliyev Zəngilana səfər edib
Xəbər lenti
0