SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Zəngilana səfər edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Prezident 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub
BAKI, 4 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib.
Dövət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, "Azərenerji" ASC-nin "Sarıqışlaq" Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib.
Dövlət başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin təməlini qoyub. Qubadlı şəhərində isə o, ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməlqoyma mərasimində iştirak edib.
Eyni zamanda prezidentin iştirakı ilə Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin də təməlləri atılıb.
Ильхам Алиев в Лачыне - Sputnik Azərbaycan, 1920, 04.05.2023
SİYASƏT
Prezident İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib
Xəbər lenti
0