SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib

© Official website of President of Azerbaijan RepublicИльхам Алиев в Лачыне
Ильхам Алиев в Лачыне - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Ölkə başçısı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub.
BAKI, 4 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.
Dövlət başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin təməlini qoyub.
Qubadlı şəhərində isə o, ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməlqoyma mərasimində iştirak edib.
Eyni zamanda prezidentin iştirakı ilə Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin də təməlləri atılıb.
Xəbər lenti
0