CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda avtomobil zavodunun təməli qoyulacaq

© AR Ministry of EconomyAvtomobil istehsalı zavodu, arxiv şəkli
Avtomobil istehsalı zavodu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Uluqbek Rozukulov bildirib ki, Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcək.
BAKI, 1 may — Sputnik. Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Özbəkistanın birgə Avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyulacaq.
Bu barədə ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulov məlumat verib.
O bildirib ki, Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcək: "Hər iki müəssisə Azərbaycanda avtomobil istehsalının lokallaşdırılması istiqamətində növbəti addım olmaqla sənayenin bu sahəsinin inkişafına töhfə verəcək".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib.
Uluqbek Rozukulov bu ilin martında “Uzautosanoat” şirkətinin baş direktoru təyin edilib. “Uzavtosanoat” ASC avtomobil istehsalı müəssisələrini və avtomobillərin lokallaşdırılması və avtomobil komponentlərinin istehsalı müəssisələrini əlaqələndirən holdinqdir. Şirkət 1994-cü ildə yaradılıb.
Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, 53 yaşlı Uluqbek Rozukulov Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına malikdir və iqtisad elmləri namizədidir. Təyin olunmazdan əvvəl 2018-ci ildə İndoneziyada, 2019-cu ilin oktyabrında Vyetnamda da səfir vəzifəsində çalışıb.
Prezident İlham Əliyev Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrini qəbul edib - Sputnik Azərbaycan, 1920, 01.05.2023
SİYASƏT
Prezident İlham Əliyev Uluqbek Rozukulovu qəbul edib
Xəbər lenti
0