SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Uluqbek Rozukulovu qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrini qəbul edib
Prezident İlham Əliyev Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrini qəbul edib - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Azərbaycan Prezidenti mayın 1-də Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib.
BAKI, 1 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Uluqbek Rozukulov bu ilin martında “Uzautosanoat” şirkətinin baş direktoru təyin edilib. “Uzavtosanoat” ASC avtomobil istehsalı müəssisələrini və avtomobillərin lokallaşdırılması və avtomobil komponentlərinin istehsalı müəssisələrini əlaqələndirən holdinqdir. Şirkət 1994-cü ildə yaradılıb.
Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, 53 yaşlı Uluqbek Rozukulov Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına malikdir və iqtisad elmləri namizədidir. Təyin olunmazdan əvvəl 2018-ci ildə İndoneziyada, 2019-cu ilin oktyabrında Vyetnamda da səfir vəzifəsində çalışıb.
Xəbər lenti
0