CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Britni Spirs haqqında qalmaqallı film çəkilib

© © Chris Pizzello / Invision / APBritni Spirs
Britni Spirs - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Abunə olmaq
Filmin premyerası sentyabrın 28-də baş tutacaq. Təqdimatdan bir gün əvvəl isə B.Spirsin qəyyumluqdan azad edilməsi haqqında iş üzrə növbəti məhkəmə iclasının keçirilməsi planlaşdırılıb.
BAKI, 24 sentyabr — Sputnik. ABŞ-ın "Netflix" kino şirkəti məşhur amerikalı müğənni Britni Spirs haqqında qalmaqallı sənədli film çəkib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Erin Li Karrın rejissoru olduğu "Britney vs Spears" ("Britni Spirsə qarşı"-red.) adlı filmin treyleri B.Spirsin bu sözləri ilə başlayır:
"Mən sadəcə öz həyatımı geri qaytarmaq istəyirəm".
Layihədə pop ulduzun atası Ceyms Spirs və onun qəyyumluqdan sui-istifadə etməsi barədə danışılacaq.
Filmin premyerası sentyabrın 28-də baş tutacaq. Təqdimatdan bir gün əvvəl isə B.Spirsin qəyyumluqdan azad edilməsi haqqında iş üzrə növbəti məhkəmə iclasının keçirilməsi planlaşdırılıb. Proses 2008-ci ildən davam edir.
Məlumat üçün bildirək ki, müğənni Amerika musiqi tarixində albomları ən yaxşı satılan səkkizinci qadın müğənnidir. O, "Toxic" mahnısına görə 2005-ci ildə "Qremmi" mükafatı laureatı olub. Ulduzun "...Baby one more time" adlı ilk albomu onu daha da məşhurlaşdırmışdı. Albomun eyniadlı sinqlı "Billboard Hot 100" çartında birinci yerə yüksəlmişdi.
Həmçinin oxuyun:
MTV Video Music Awards: Ən qəribə və rəngarəng geyimlər
Xəbər lenti
0