ABŞ zooparklarının birində ondan çox qorilla koronavirusa yoluxub

© © Handout / THE ASPINALL FOUNDATION / AFPГорилла, фото из архива
Горилла, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.09.2021
Abunə olmaq
Hazırda ABŞ zooparkının işçiləri primatların vəziyyətini izləyirlər. Ağırlaşma riski daha çox olan  60 yaşlı erkək Ozziyə xüsusi diqqət yetirilir.
BAKI, 12 sentyabr — Sputnik. ABŞ-ın Atlanta zooparkında on üç qorillada yeni koronavirus infeksiyası aşkar edilib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Heyvanlarda burun axması, yüngül öskürək və iştahsızlıq kimi simptomlar görünməyə başlayıb. Analizlərin nəticələrinə görə 20 qorilladan 13-ü koronavirusa yoluxub.
Nəşrin məlumatına görə, primatlar COVID-19-a qoruyucu kostyum geyinən və heç bir simptomu olmayan bir baxıcıdan yoluxa bilərlər.
Hazırda ABŞ zooparkının işçiləri primatların vəziyyətini izləyirlər. Ağırlaşma riski daha çox olan  60 yaşlı erkək Ozziyə xüsusi diqqət yetirilir. Heyvanlar sağaldıqdan sonra onlara xüsusi “Zoetis” peyvəndi vurulacaq. Orangutanqlar, sumatra pələngləri, Afrika aslanları və bozumtul bəbir də daxil olmaqla zooparkda saxlanılan  digər heyvanlara da yaxın günlərdə peyvənd vurulması planlaşdırılır.
Bu yaxınlarda San Diego zooparkında nəsli kəsilməkdə olan qar bəbirlərinin COVID-19-a yoluxduqdan sonra sağaldıqları bildirilib. Heyvanların necə yoluxduğu məlum deyil.
 
Xəbər lenti
0