Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda son sutkada koronavirusdan 57 nəfər ölüb

4
(Yenilənib 11:43 11.09.2021)
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 579031 nəfər yoluxub. Onların 536321-i sağalıb, 8146-sı ölüb.

BAKI, 11 sentyabr — Sputnik. Gürcüstanda ötən sutkada koronavirusa 2533 yeni yoluxma faktı qeydə alınıb, 1762 nəfər müalicə olunaraq sağalıb, 57 nəfər vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 579031 nəfər yoluxub. Onların 536321-i sağalıb, 8146-sı ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 216 milyonu keçib, 4,50 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Fransanın xarici işlər naziri  Jan İv Lö Drian, arxiv şəkli

Fransa ilə ABŞ arasında ciddi böhran var - XİN rəhbəri etiraf etdi

3
Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib.

BAKI, 18 sentyabr - Sputnik. Fransa Xarici işlər naziri Jan-İv Lö Drian ABŞ-la münasibətlərində ciddi böhran olduğunu etiraf edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, nazir: "Tarixdə ilk dəfə olaraq Fransa səfirinin ABŞ-dan geri çağırılması ciddi siyasi akt, böhranın dərinliyinin göstəricisidir", - deyib.

Qeyd edək ki, Fransanın ABŞ və Avstraliyadakı səfirlərini geri çağırmasına Avstraliyanın sentyabrın 15-də Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizlik barədə əməkdaşlıq haqda (AUKUS) müqavilə imzalaması səbəb olub. Çünki Avstraliya eyni zamanda Fransanın Naval Group sualtı qayıq şirkəti ilə razılaşmadan çıxdığını bəyan edib. "Əsrin müqaviləsi" adlandırılan, 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərindəki razılaşma "Barracuda" sinfindən olan 12 zərbə sualtı qayığının tikintisini nəzərdə tuturdu.

Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib. Onun sözlərinə görə, "müqavilənin dayandırılmasından çox hiddətlənib". Fransa həm Avstraliya, həm də ABŞ-dan izahat gözləyir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn isə Parisin mövqeyini anladıqlarını bildirib.

"Biz fransız həmkarlarımızla onların səfirlərini məsləhətləşmələr üçün Parisə çağırmaq barədə qərarına görə sıx təmasdayıq... Onların mövqelərini anlayır və fikir ayrılıqlarını yoluna qoymaq üçün qarşılıqlı fəaliyyətdə olacağıq, biz uzunmüddətli müttəfiqliyimiz ərzində başqa məqamlarda da eyni cür davranmışıq", - Hornun yazılı açıqlamasında deyilir.

Hornun sözlərinə görə, ABŞ Fransanı özünün "köhnə tərəfdaşı və ən güclü partnyorlarından biri" hesab edir.

Avstraliyanın Xarici işlər naziri Maris Peyn də Fransa səfiri Jan-Pyer Tebonun geri çağırılmasından üzüldüyünü söyləyib. O qeyd edib ki, Fransanın Avstraliyanın sualtı qayıqların alınmasına dair müqavilədən imtinasına görə məyusluğunu anlayır, ancaq onun hökuməti milli təhlükəsizliyin təminatı məqsədilə sözügedən qərarı verib. Xanım Peyn əlavə edib ki, Kanberra Parislə münasibətlərinə dəyər verir və gələcəkdə qarşılıqlı fəaliyyətə hazırdır.

3
İstanbul şəhərinə mənzərə, arxiv şəkli

Türkiyədə dünyada ilk mozaika aşkarlandı

9
(Yenilənib 21:52 18.09.2021)
Abidə Yozqat vilayətinin Sorqun rayonunda, Uşaklı kurqanında aşkarlanıb. Bu ərazidə qazıntı işlərinin aparılmasına 2012-ci ildən başlanılıb.

BAKI, 18 sentyabr — Sputnik. Arxeoloqlar Türkiyənin mərkəzində 3,5 min il yaşı olan mozaika aşkarlayıblar. Sputnik Azərbaycan "Daily Sabah"a istinadən xəbər verir ki, artıq bu tapıntı dünyanın ən qədim mozaikalarından hesab olunur.

3x7 m ölçüsündə olan mozaika 3147 daşdan ibarətdir. O, Yozqat vilayətinin Sorqun rayonunda, Uşaklı kurqanında aşkarlanıb. Bu ərazidə qazıntı işlərinin aparılmasına 2012-ci ildən başlanılıb.

"Bizim araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, tapılan mozaika dünyada ən birinci mozaikadır. Onun forması da bunu təsdiqləyir. Çünki o, kifayət qədər primitiv tərzdə hazırlanıb. Biz bu tapıntı hesabına turist sektorunun əhəmiyyətini artırmaq niyyətindəyik", - deyə vilayətin mədəniyyət və turizm üzrə idarəsinin direktoru Hüseyn Çiftçi bildirib.

Eləcə də oxuyun:

9