Kinolent, arxiv şəkli

Daşkənddə soydaşımız haqqında çəkilən sənədli filmin təqdimatı keçirilib

18
(Yenilənib 21:22 10.09.2021)
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin dəstəyi ilə hazırlanan filmin bir hissəsinin çəkilişləri böyük şairin vətəni Azərbaycanda, doğulduğu Ağdaş rayonunda aparılıb.

BAKI, 10 sentyabr — Sputnik. Daşkəndin mərkəzindəki "Ədiblər xiyabanı"nda "Özbəkkino" Milli Agentliyinin sifarişi ilə Özbəkistanın "First Art Media" şirkətinin özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadə haqqında çəkdiyi "Maqsud Şeyxzadə: azadlığa can atan şair" adlı sənədli filminin təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, tələbələr, jurnalistlər iştirak ediblər.

"First Art Media" şirkəti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin dəstəyi ilə hazırlanan filmin bir hissəsinin çəkilişləri böyük şairin vətəni Azərbaycanda, doğulduğu Ağdaş rayonunda aparılıb.

Təqdimatı Nəqliyyat Universitetinin rektoru Adil Əbdürrəhmanov açaraq Maqsud Şeyxzadənin həyatı və yaradıcılığı haqqında məlumat verib.

Akademik, şairin tədqiqatçısı Naim Kərimov M.Şeyxzadənin dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin tədqiqatçısı olduğunu qeyd edib. O, ədibin dram əsərlərini Şekspirin "Hamlet", "Otello", "Kral Lir" əsərləri ilə müqayisə edib və onun "Mirzə Uluğbəy", "Cəlaləddin Manguberdi" kimi əsərlərinin nəinki Özbəkistanda və Azərbaycanda, bütün Şərq aləmində şöhrət qazandığını bildirib. Təsadüfi deyil ki, böyük özbək şairi Şükrulla Maqsud Şeyxzadəni "Özbək ədəbiyyatının Şekspiri" adlandırıb.

AMM-nin direktoru Samir Abbasov Maqsud Şeyxzadənin öz yaradıcılığı ilə iki xalq arasında dostluq körpüsü yaratdığını, Hüseyn Cavid, Abdulla Şaiq kimi klassiklərimizdən dərs alan Maqsud Şeyxzadənin əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edildiyini bildirib. O deyib ki, M.Şeyxzadə özbək xalqının qəhrəmanı Cəlaləddin Manguberdi, hökmdar Mirzə Uluğbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyub. "Daşkəndnamə", "Ağsaqqal" poemaları da oxucular tərəfindən rəğbətlə qarşılanıb. Daşkənddə yazıçının altı cildlik "Seçilmiş əsərləri" çap olunub. O, 2021-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Nizami Gəncəvi İli" elan olunduğunu, Özbəkistanda Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd edildiyini söyləyərək, bu cür əhəmiyyətli ildə Maqsud Şeyxzadə haqqında filmin təqdim edilməsinin böyük simvolik məna daşıdığını vurğulayıb.

"Özbəkkino" Milli Agentliyi baş direktorunun birinci müavini Şuxrat Rizayev bildirib ki, 2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə abidələri "Ədiblər Xiyabanı"nda ucaldılan tanınmış klassik şair və yazıçılar haqqında sənədli və bədii filmlərin çəkilməsi, habelə onların əsərlərinin yenidən nəşri həyata keçirilir. Maqsud Şeyxzadə də onlardan biridir. O, Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini və onun dövlət tərəfindən "Böyük xidmətləri üçün" ordeni və digər mükafatlarla təltif olunduğunu qeyd edib.

Həmçinin oxuyun:

Tanınmış vokalçı müəlliminin xatirəsinə film-konsert hazırlayıb

18
Teqlər:
Daşkənd

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

2
(Yenilənib 09:25 25.09.2021)
Görüşdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

BAKI, 25 sentyabr - Sputnik. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Bu barədə Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

 

2
Teqlər:
Ceyhun Bayramov, Ermənistan, XİN, ATƏT
Cütlük, arxiv şəkli

Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq

4
(Yenilənib 22:26 24.09.2021)
Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

BAKI, 25 sentyabr — Sputnik. Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

Belə ki, Hüseynin evdə zurna çalması onun xanımı Nilüfər Güləri (61) özündən çıxarıb. Zurna səsindən bezən qadın ərinə 40 gün dağda zurna çalmaq cəzasını verib.

Nazilli rayonunun İşıqlar məhəlləsində yaşayan, evli və 3 uşaq atası olan Hüseyn Gülər 2004-cü ildə Dövlət Su İdarəsindən təqaüdə çıxıb. Bundan sonra işsiz qalaraq darıxan adam atasının və qardaşının peşəsi ilə maraqlanmağa başlayıb.

Evdə zurnanı uzun və yüksək səslə çaldığına görə 46 illik xanımı və qonşuları bu vəziyyətdən narahat olublar. Bu səbəbdən əri ilə tez-tez dalaşan Nilüfər Hüseynə evində zurna çalmağı qadağan edib.

Xanımı ona zurnanı 40 gün dağda çalmaq cəzası verərək "səni yalnız bu halda bağışlayacağam" deyib və evdən gedib.

Sentyabrın 2-dən etibarən gündüzləri yaşadığı məhəlləsinin yaxınlığındakı dağlıq ərazidə zurna çalan və gecələri evinə qayıdan Hüseyn Gülər 40 günün sonunda həyat yoldaşının onu bağışlayacağını gözləyir.

Cəzamın yarısı bitib

"Mən musiqiçilər ailəsindənəm. Atam və qardaşım zurna ifaçıları idi. Mən də zurna çalmağı çox sevirəm. Bəzən bu musiqi alətində ifa edəndə kövrəlirəm, hətta gözlərimdən yaş da gəlir. Təqaüdə çıxandan sonra evdə zurna çalmağa başladım. Arvadım zurnanı yüsək səslə çaldığım üçün narahat olurdu. Xəbərdarlıqlarına baxmayaraq evdə zurnanı çalmağa davam edirdim və ona görə də o, əsəbiləşirdi. "Get zurnanı dağlarda çal" deyərək mənə 40 günlük cəza verdi. Mən də polislərdən icazə alaraq, işimi bu yöndə görürəm. Cəzamın yarısı bitib. Görəsən 40 günün tamamında arvadım məni bağışlayacaq? Bilmirəm. Əgər məni bağışlasa, ona təşəkkür edəcəm, ancaq bağışlamasa zurnamı dağlarda çalmağa davam edəcəm", - deyə Hüseyn bildirib.

Ərinə əsəbləşən Nilüfər Gülər, Kuşadasında yaşayan qızının yanına gedib.

"Həyat yoldaşım bütün xəbərdarlıqlarıma baxmayaraq, evdə zurna çalmağa davam edirdi. Zurnanın səsindən mənim kimi qonşular da narahat olurdu. Ona görə də ərimə 40 günlük belə bir cəza verdim", - deyə Nilüfər bildirib.

4