Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib

12
İclasında Ermənistanın müdafiə naziri Arşak Karapetyan, SQ Baş qərargah rəisi Artak Davtyan, Baş nazirlərin müavinləri Mqer Qrioqryan və Suren Papikyan, xarici işlər naziri Ararat Mirzoyan, parlamentin spikeri Alen Simonyan və digər şəxslər iştirak ediblər.

BAKI, 10 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan cümə günü Təhlükəsizlik Şurasının iclasını keçirib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökuməti yayıb.

Təhlükəsizlik Şurasının iclasında Ermənistanın müdafiə naziri Arşak Karapetyan, Silahlı Qüvvələrin Baş qərargah rəisi Artak Davtyan, Baş nazirlərin müavinləri Mqer Qrioqryan və Suren Papikyan, xarici işlər naziri Ararat Mirzoyan, parlamentin spikeri Alen Simonyan, Parlamentin spikeri Alen Simonyan, Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan, Baş Prokuror Artur Davtyan və Polis rəisi Vaqe Kazaryan iştirak edib.

İclasın detalları açıqlanmır.

12
Teqlər:
Nikol Paşinyan
Tbilisi, arxiv şəkli

Gürcüstan Bakı Yerevan arasında vasitəçilik etmək üçün yeni platforma yaratmaq istəyir

12
Qonşu ölkənin Baş naziri bəyan edib ki, rəsmi Tbilisi sözügedən təşəbbüsün qalıcı olmasının tərəfdarıdır.

BAKI, 27 sentyabr — Sputnik. Gürcüstan hakimiyyəti Bakı və Yerevan arasında yüksək səviyyəli danışıqların aparılması üçün platforma rolunu oynamağa hazırdır. Sputnik Gürcüstan xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bazar ertəsi günü keçirilən brifinqdə səsləndirib.

O xatırladıb ki, Gürcüstan iyun ayında saxlanılan 15 erməni diversantın Ermənistana təhvil verilməsi, eləcə də Qarabağdakı mina sahələrinin xəritəsinin Azərbaycana ötürülməsinə kömək edib.

"Bu prosesi daha yüksək səviyyədə davam etdirmək üçün bizə qardaş olan iki dövlətə, azərbaycanlılar və ermənilərə Tbilisidə yaratmaq niyyətində olduğumuz bu platformanın köməyilə vasitəçilik təklif edir və istəyirik ki, həmin təşəbbüs qalıcı olsun", – deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl Qaribaşvili Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərkən Qara dəniz regionundan sülhün və sabitliyin təmin olunması üçün "dinc qonşuluq təşəbbüsü" yaratmağı təklif edib.

12
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan ABŞ-a Suriya İraqdan çıxmağı təklif etdi

725
(Yenilənib 14:37 27.09.2021)
Türkiyə lideri Vaşinqton, Moskva, Bağdad və Ankaranın Suriya və İraqda sülh və stabilliyə nail olmaq üçün birgə fəaliyyət göstərə biləcəklərinə ümid etdiyini bildirib.

BAKI, 27 sentyabr — Sputnik. Amerika qoşunları Əfqanıstandan çıxarılandan sonra ABŞ Suriya və İraqla bağlı da eyni addımı atmalıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Əlbəttə, əgər mənim seçim imkanım olsaydı, onların eynilə Əfqanıstandan olduğu kimi Suriya və İraqdan da çıxarılmasını istərdim. Əgər biz bütün dünyada sülh məqsədlərinə xidmət etmək istəyiriksə, bu ölkələrdə qalmağın mənası yoxdur", – deyə Ərdoğan CBS telekanalına müsahibəsində bildirib.

Türkiyə lideri qeyd edib ki, bu ölkələrin xalqları və hökumətləri müstəqil şəkildə qərar qəbul etmək hüququna malikdirlər.

Ərdoğan onu da bildirib ki, Türkiyə Suriya Ərəb Respublikasında mövcudluğunu bu ölkənin bərpasına yardım etmək məqsədilə saxlayır.

"Biz Suriyada 10 min evin tikintisi ilə məşğuluq. İnsanları, ailələri öz vətənlərindən qovub çıxarıblar. Biz onlar üçün ev tikirik. Mənə maraqlıdır ki, başqa ölkələr orada nə işlə məşğuldur? Bunu anlamaq çox vacibdir", – deyə o vurğulayıb.

Prezident, həmçinin Vaşinqton, Moskva, Bağdad və Ankaranın Suriya və İraqda sülh və stabilliyə nail olmaq üçün birgə fəaliyyət göstərə biləcəklərinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ silahlı qüvvələri Suriyanın neft və qaz ehtiyatları ilə zəngin şimal və şimal-şərq ərazilərinə qeyri-qanuni şəkildə nəzarət edir. Rəsmi Dəməşq dəfələrlə Amerika qoşunlarının öz ərazisində varlığını açıq-aşkar neft oğurluğu məqsədilə işğalçılıq hərəkəti hesab etdiyini bildirib.

 

725
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin Milli müdafiə nazirinin müavini ilə görüşüb

Azərbaycanın Baş qərargah Muhsin Dərə ilə görüşdü: Təlimlərə davam