Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenski: Rusiya ilə genişmiqyaslı müharibə ehtimali var

25
(Yenilənib 12:37 10.09.2021)
Ukrayna prezidenti hesab edir ki, bu, Rusiyanın ən böyük səhvi olar və bundan sonra heç vaxt Rusiya, Ukrayna, Belarus arasında qonşuluq mövcud ola bilməz.

BAKI, 10 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, onun ölkəsi üçün Rusiya ilə genişmiqyaslı müharibə ehtimalı var.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukrayna Prezidenti Kiyevdə keçirilən "YES Brainstorming" forumunda moderatorun sualını cavablandırarkən bildirib.

"Hesab edirəm ki, ola bilər. Bu mövzuda potensial var. <...>Bu, Rusiyanın ən böyük səhvi olacaq. Bundan sonra heç vaxt Rusiya, Ukrayna, Belarus arasında qonşuluq mövcud olmayacaq", - deyə Zelenski bildirib.

Həmçinin oxuyun:

Ukrayna: böhranın ildönümü

Ukrayna otuz il sonra: seçim problemi

25
Teqlər:
Ukrayna

Dədə-baba sənəti: kəndirbazlar nəslindən olan adam Dağıstan yüksəkliklərini fəth edir

4
(Yenilənib 15:05 16.09.2021)
Kəndirbazlar nəslinin altıncı nümayəndəsi olan Kamil Mamayev ekstremal marşrutlarla qeyri-adi hobbisini həyata keçirir və bu sənəti məşhurlaşdırır.

Kəndirbaz Kamil Mamayevin sözlərinə görə, altı yaşından ip üstündə yeriməyə başlayıb. Kəndirbaz indiyə kimi hobbisini 10-a yaxın müxtəlif marşrut üzrə gerçəkləşdirib ki, onların arasında 150 metr yüksəklikdə, Solotol kanyonu üzərində ip üstə gəzmək də var.

Mamayev deyir ki, fəaliyyətinin əsas məqsədi bütün arzulayan insanlar üçün ip üstündə yerimək imkanının yaradılmasıdır. Bu məqsədlə o, Çindirçero dağ xizək kurortunda müxtəlif uzunluqlu kəndirlər üzərində ekstrim-park da təşkil edir.

"Bura çox turist gəlir, mühafizə sistemi vasitəsilə ip üstündə dayanmağa çalışır, şəkil çəkdirirlər. Onların arasında bu işi öyrənmək istəyənlər də çox olur. Hərə özünə lazım olanı seçir. Bəziləri üçün bu əyləncə, digərləri üçün idman, bir başqaları üçün ekstrimdir. Elə insanlar da var ki, bu işi həyatının mənası hesab edirlər", – deyə kəndirbaz fikirlərini bölüşüb.

O, sözügedən parkın yaradılması ilə yanaşı, şəxsi rekordunu da təzələmək niyyətindədir.

"Bu il ip üstündə 1,5 kilometr məsafə qət etmək istəyirəm. Bu Rusiya rekordudur. Əgər bunu bacarsam, rekord qazanmış olacağam. Baxaq görək, necə alınır", – deyə kəndirbaz sözlərinə yekun vurub.

4
COVİD-19 xəstəsi, arxiv şəkli

İsraildə peyvənd əleyhinə hərəkatın lideri koronavirusdan ölüb

884
(Yenilənib 19:45 15.09.2021)
Sonradan Şaulyan Qüds polis əməkdaşlarının onu zəhərləməyə çalışdıqlarını və bu səbəbdən vəziyyətinin kəskin şəkildə pisləşdiyini bildirib.

BAKI, 15 sentyabr — Sputnik. İsraildə COVID-19-a qarşı peyvənd hərəkatının lideri Hay Şaulyan koronavirusdan vəfat edib. Bu barədə "The Jerusalem Post" məlumat verib.

Bu istimai fəal, sosial şəbəkələrdə "Epidemiya yoxdur - peyvənd təhlükəli və faydasızdır" şüarı altında peyvənd əleyhinə şüarlar yayırdı. Bundan sonra Şaulyan özü virusa yoluxaraq xəstəxanaya yerləşdirilib və oksigen aparatına qoşulub.

"Əgər mən oksigen aparatını çıxardıb üç metr gəzsəm huşumu itirərəm. Mən çox öskürürəm və boğulma hiss edirəm", - deyə o, qeyd edib.

Sonradan Şaulyan Qüds polis əməkdaşlarının onu zəhərləməyə çalışdıqlarını və bu səbəbdən vəziyyətinin kəskin şəkildə pisləşdiyini bildirib. O xəbərdarlıq edib ki, əgər ona bir şey olarsa, bu, qətl cəhdi kimi qiymətləndirilsin.

Avqustun 8-də qatı peyvənd əleyhdarı olan amerikalı radio aparıcısı Dik Farrel COVID-19-dan vəfat edib və ölməzdən əvvəl o, insanları peyvənd etməyə çağırıb. Əvvəllər aparıcı iddia edirdi ki, ABŞ Demokratik Partiyasının üzvləri virus üçün heç vaxt müsbət nümunə vermirlər, çünki virusun özü respublikaçıları aldatmaq üçün yaradılmış uydurmadır.

884
Kimsəsiz insanlar, arxiv şəkli

Səyavuş Aslanın küçədə gecələyən oğlu sosial müəssisəyə yerləşdiriləcək

0
(Yenilənib 15:20 16.09.2021)
"Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün əməkdaşlarımıza təlimat verilib""Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün əməkdaşlarımıza təlimat verilib"

BAKI, 16 sentyabr — Sputnik. Sosial Xidmətlər Agentliyi küçədə gecələyən xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı açıqlama verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Agentliyin mətbuat katibi Murad Haşımov bildirib ki, bu barədə sosial şəbəkədəki paylaşımlara əsasən dərhal məsələ nəzarətə götürülüb:

"Sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat paylaşılır. Onun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir. Məlumat vermək istəyirəm ki, Çingiz Aslanov daha əvvəl həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib".

Haşımov bildirib ki, onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün Agentliyin əməkdaşlarına təlimat verilib.

"Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa, yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq. Məlumat verən hər kəsə təşəkkür edirik!", - deyə Sosial Xidmətlər Agentliyinin rəsmisi bildirib. 

 

0