Rusiyada tibb işçiləri, arxiv şəkli

Avropa İttifaqı Ermənistanı "qırmızı zona"ya daxil etdi

16
(Yenilənib 18:01 09.09.2021)
COVID-19-a yoluxma hallarının kəskin artması səbəbi ilə bağlı Avropa İttifaqı növbəti dəfə Ermənistanı Aİ standartlarına uyğun olaraq epidemioloji təhlükənin yüksək olduğu "qırmızı zona" siyahısına əlavə edib.

BAKI, 9 sentyabr — Sputnik. COVID-19-a yoluxma hallarının kəskin artması səbəbi ilə bağlı Avropa İttifaqı növbəti dəfə Ermənistanı Aİ standartlarına uyğun olaraq epidemioloji təhlükənin yüksək olduğu "qırmızı zona" siyahısına əlavə edib.

Sputnik Azərbaycan Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, bu, Ermənistan vətəndaşlarının Aİ-yə girişinə dair məhdudiyyətlərin sərtləşə biləcəyi anlamına gəlir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) COVID-19 ilə bağlı vəziyyəti, yeni halların sayını və peyvəndlərin səviyyəsini nəzərə alaraq hər iki həftədə bir epidemioloji cəhətdən təhlükəsiz ölkələrin siyahısını yeniləyir.

Qeyd edək ki, bu gün Ermənistanda daha 587 nəfər COVID-19-a yoluxub.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 246997-yə çatıb. Son sutkada koronavirusdan 14 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4968-ə yüksəlib.

Koronavirusa yoluxan 230820 nəfər sağalıb. Hazırda 10040 pasiyent müalicə olunur.

16

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

6
(Yenilənib 22:27 25.09.2021)
BQXK-nin prezidenti humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı və tərəflər arasındakı uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. 

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir münaqişə kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Öz növbəsində BQXK-nin prezidenti Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib. O, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin ümumi humanitar məqsədli fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

6
Teqlər:
Ceyhun Bayramov, BQXK
Sergey Lavrov

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

376
(Yenilənib 22:53 25.09.2021)
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

376
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var