İclas zalı, arxiv şəkli

Bu gün Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

16
(Yenilənib 21:36 08.09.2021)
Tədbirdə Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcəklər.

BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçiriləcək. İclasda Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Hökumətlərarası Komissiyanın 2019-cu il oktyabrın 9-da Bakıda keçirilmiş 16-cı iclasından ötən dövr ərzində ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində ikitərəfli əlaqələrin vəziyyəti ilə bağlı görülmüş işlər nəzərdən keçiriləcək, gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı növbəti addımlar müzakirə ediləcək.

Tədbirin sonunda Birgə Hökumətlərarası Komissiyasının 17-ci iclasının yekunlarına dair protokolun imzalanması nəzərdə tutulur.

Həmçinin oxuyun:

Əliyevin təşəbbüsü ilə yaradılan fondun protokolunu Qazaxıstan da təsdiqləyib

16
Teqlər:
Qazaxıstan

Rusiyalı adamları Azərbaycana investisiyanı artırmaq niyyətindədir

4
Azərbaycan və Rusiya uzunmüddətli ortaqlıqlar qurmaq niyyətindədir. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Sputnik Azərbaycan-da keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycanlı istehsalçılar da öz növbəsində Rusiyaya meyvə-tərəvəz, kimyəvi və qida məhsulları ixrac edirlər.

Yeri gəlmişkən, Azərbaycan plastmasının və ondan hazırlanan məhsulların qonşu ölkəyə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə bu il 3,6 dəfə artıb.

Ümumiyyətlə, bu ilin 7 ayında ölkələr arasında ticarət dövriyyəsi 8,2% artaraq əvvəlki iki ilin göstəricilərini üstələyib.

Bundan əlavə, Rusiya şirkətləri Azərbaycanın iğşaldan azad edilmiş bölgələrinin sosial-iqtisadi potensialının bərpasında iştirak etmək niyyətindədir. Bu istiqamətdə maşınqayırma, enerji avadanlığı, tikinti materialları sahələri xüsusi maraq kəsb edir.

Digər vacib əməkdaşlıq sahəsi əczaçılıqdır.

 

4
Teqlər:
Rusiya, iş adamları
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Finlandiyanın xarici işlər naziri Pekka Olavi arasında görüş

Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri ilə görüşüb

248
Nazir Pekka Haavisto ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu ifadə edib.

BAKI, 23 sentyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan və Finlandiya arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğu vurğulanıb.

Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, təhsil, kənd təsərrüfatı, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair, eləcə də regional təhlükəsizlik məsələləri, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğunu qeyd edib.

Tərəflər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Pekka Haavisto ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu ifadə edib. O, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib və üçtərəfli bəyanatın icrasının vacib olduğunu vurğulayıb.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib. 

Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Baş Assambleyanın bu ilki iclası “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzulara həsr edilib.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşdü

248
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Əcnəbi jurnalist blogerlər Ağdama səfər ediblər

0
(Yenilənib 18:55 23.09.2021)
Bloger: Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Sputnik Azərbaycan-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, onlar ilk olaraq Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar.

Daha sonra onlar Ağdam Çörək Muzeyinin, Ağdam Dram Teatrının qalıqlarına baxıb, işğal dönəmində ermənilərin heyvan saxladığı Ağdam Cümə məscidində olublar.

“Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm”.
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
1 / 3
© Sputnik / Emin Babayev
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Bu sözləri jurnalistlərə açıqlamasında gürcüstanlı bloger Nina Berdzenava deyib. O, Ağdamı gəlib bu vəziyyətdə görəcəyini təsəvvür etmədiyini bildirib.

"Ağdamda Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtsalar da, kökləri qalıb. Mən əminəm ki, Azərbaycan digər rayonlarda olduğu kimi buradakı abidələri də bərpa edəcək".
© Sputnik / Emin Babayev
Nina Berdzenava

“Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”. 

Bu sözləri Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti, professor Zurab Batiaşvili Ağdam səfərinin təəssüratlarını bölüşərkən deyib. O bildirib ki, Ağdama səfəri onu sarsıldıb.

"Biz üç gündür Azərbaycandayıq. Bu günlər ərzində Bakıda, Gəncədə olduq. İndi isə Ağdama gəlmişik. Burda kəndlər, tarixi abidələr xarabalığa çevrilib. Əminəm ki, ən tez zamanda burda hər şey yenidən qurulacaq. Azərbaycan xalqı buna tam gücüylə dəstək verəcək. Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”.
© Sputnik / Emin Babayev
Zurab Batiaşvili

Qeyd edək ki, Ağdama səfər edən Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.

Həmçinin oxuyun:

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

0
Teqlər:
Gürcüstan