Əfqanıstanın Kabil şəhərində baş verən partlayışdan sonra

Taliblər siyasi plüralizmdən imtina ediblər- KİV

10
(Yenilənib 21:33 08.09.2021)
Əfqanıstanın baş naziri vəzifəsini Molla Məhəmməd Həsən Axund icra edəcək. Yeni hökumətdə xarici işlər naziri Molla Əmir Muttaki olacaq.

BAKI, 8 sentyabr — Sputnik. Əfqanıstanın yeni hökuməti siyasi plüralizmi inkar etdiyini bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu İnformasiya nazirinin müavini vəzifəsini icra edən şəxs Al-Jazeera kanalına bildirib.

"Biz siyasi plüralizmi inkar edirik. partiyalar təriqətlər arası müharibəyə yol açıblar", - deyə mənbə bildirib.

Xatırladaq ki, avqust ayında Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib.

Yayılmış məlumatlara görə, Əfqanıstanın baş naziri vəzifəsini Molla Məhəmməd Həsən Axund icra edəcək.

Yeni hökumətdə xarici işlər naziri Molla Əmir Muttaki, daxili işlər naziri Siracuddin Haqqani, müdafiə naziri "Taliban"ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid, kəşfiyyat naziri Molla Əbdülhaq Vasik, mədəniyyət və informasiya naziri isə Zəbihullah Mücahid olacaq.

*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı

Həmçinin oxuyun:

Taliblər Rusiyanı Əfqanıstan hökumətinin andiçmə mərasiminə dəvət ediblər - mənbə

10
Teqlər:
Taliban
COVİD-19 xəstəsi, arxiv şəkli

İsraildə peyvənd əleyhinə hərəkatın lideri koronavirusdan ölüb

883
(Yenilənib 19:45 15.09.2021)
Sonradan Şaulyan Qüds polis əməkdaşlarının onu zəhərləməyə çalışdıqlarını və bu səbəbdən vəziyyətinin kəskin şəkildə pisləşdiyini bildirib.

BAKI, 15 sentyabr — Sputnik. İsraildə COVID-19-a qarşı peyvənd hərəkatının lideri Hay Şaulyan koronavirusdan vəfat edib. Bu barədə "The Jerusalem Post" məlumat verib.

Bu istimai fəal, sosial şəbəkələrdə "Epidemiya yoxdur - peyvənd təhlükəli və faydasızdır" şüarı altında peyvənd əleyhinə şüarlar yayırdı. Bundan sonra Şaulyan özü virusa yoluxaraq xəstəxanaya yerləşdirilib və oksigen aparatına qoşulub.

"Əgər mən oksigen aparatını çıxardıb üç metr gəzsəm huşumu itirərəm. Mən çox öskürürəm və boğulma hiss edirəm", - deyə o, qeyd edib.

Sonradan Şaulyan Qüds polis əməkdaşlarının onu zəhərləməyə çalışdıqlarını və bu səbəbdən vəziyyətinin kəskin şəkildə pisləşdiyini bildirib. O xəbərdarlıq edib ki, əgər ona bir şey olarsa, bu, qətl cəhdi kimi qiymətləndirilsin.

Avqustun 8-də qatı peyvənd əleyhdarı olan amerikalı radio aparıcısı Dik Farrel COVID-19-dan vəfat edib və ölməzdən əvvəl o, insanları peyvənd etməyə çağırıb. Əvvəllər aparıcı iddia edirdi ki, ABŞ Demokratik Partiyasının üzvləri virus üçün heç vaxt müsbət nümunə vermirlər, çünki virusun özü respublikaçıları aldatmaq üçün yaradılmış uydurmadır.

883

Əfqanıstan, "Şimal Axını-2" seçkiyə müdaxilə: Lavrovun əsas açıqlamaları

1418
(Yenilənib 16:02 15.09.2021)
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Düşənbədə jurnalistlərin suallarını cavablandırıb.

BAKI, 15 sentyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Düşənbədə jurnalistlərə verdiyi müsahibədə bildirib ki, Moskva Talibanı* tanımağa tələsmir və Əfqanıstan hökuməti haqqında danışmaq hələ tezdir. Həmçinin, Rusiya diplomatiyasının rəhbəri Əfqanıstandan olan qaçqınlar, NATO ilə qarşılıqlı əlaqə və ABŞ-ın Rusiya Federasiyasındakı seçkilərə müdaxiləsi mövzusuna da toxunub.

Taliblər

Sergey Lavrov bildirib ki, indiyə qədər dünyada heç kim talibləri rəsmən tanımağa tələsmir.

"Taliblər hələ heç bir ölkə tərəfindən tanınmayıblar. Hamı deyir ki, ilk növbədə təhlükəsizlik məsələləri, vətəndaşların hüquqlarına nəzarət və diplomatik missiyaların normal fəaliyyətini təmin etmək mövzusunda mövcud məsələlər üzrə onlarla əlaqə saxlamaq lazımdır. Ancaq onları rəsmən tanımaq üçün heç kim tələsmir", - deyə Lavrov jurnalistlərə bildirib.

Rusiyalı nazir onu da qeyd edib ki, çox az vaxt keçdiyinə görə Əfqanıstanın yeni hökumətini mühakimə etmək hələ tezdir.

Lavrovun fikrincə, bu, Mərkəzi Asiyanın qonşu ölkələri üçün hər hansı bir riskin istisna edilməsi üçün zəruridir.

"Taliblər özləri öz məqsədlərini bildiriblər, o cümlədən onlar terrorizmə qarşı sonrakı mübarizəyə, narkotik ticarəti ilə mübarizəyə sadiq qalacaqlarını bəyan edərək hər kəsi Əfqanıstan ərazisindən qonşu ölkələrə heç bir təhlükənin yaranmaması üçün əllərindən gələni edəcəklərinə əmin ediblər", - deyə nazir qeyd edib.

Lavrovun sözlərinə görə, taliblər qonşu ölkələrdə sabitliyi pozmaq niyyətində olmadıqlarına və Əfqanıstan cəmiyyətinin bütün siyasi, etnik və konfessional spektrini əks etdirən inklüziv bir hökumətin yaranmasını əminliklə bildiriblər.

"Dünyanın əksər ölkələri kimi, biz də bu yanaşmanı alqışladıq və indi bunun necə həyata keçiriləcəyini müşahidə edirik", - deyə XİN rəhbəri əlavə edib.

Moskva miqrasiya böhranına görə məsuliyyət daşımır

Rusiya bunun məsuliyyət yükünü daşımayacağını söyləyib.

Həmçinin rusiyalı nazir Qərbin hərəkətlərinə görə Əfqanıstandakı vəziyyətlə əlaqədar mümkün miqrasiya böhranı mövzusuna da toxunub. O qeyd edib ki, Rusiya buna görə məsuliyyət daşımaq niyyətində deyil.

"Miqrantlar Əfqanıstandan, İraqdan, Qərb həmkarlarımızın həyəcanlandırdığı bütün ölkələrdən gəlirlər, indi isə elə həmin qərbli həmkarlar Belarus tərəfinin hərəkətlərini "hibrid müharibə" adlandıraraq səslərini yüksəldirlər. Əgər Qərb qanunsuz miqrasiyadan bu qədər narahatdırsa, onda Qərbin sakitləşməsinə ehtiyac var. Xatırladım ki, ilk dəfə qanunsuz miqrasiya mövzusu NATO Liviyanı bombaladıqdan sonra ortaya çıxıb və Liviya "qara dəliyə" çevrilib", - deyə Lavrov bildirib.

"Avropa Birliyi bunun özü üçün çox ağır olduğunu başa düşdükdə hər kəsi bu miqrantların taleyinə görə məsuliyyət yükünü bölüşməyə çağırmağa başlayıb. Biz nəinki dəstəkləmədiyimiz, həmçinin qınadığımız bir işə görə məsuliyyət yükünü bölüşmək niyyətində deyilik", - deyə nazir əlavə edib.

NATO

S.Lavrov Rusiyanın NATO ilə qarşılıqlı əlaqəsi mövzusuna da toxunub. Onun sözlərinə görə, NATO hərbi xətt üzrə dialoqa qəti şəkildə qarşı çıxıb.

Nazir vurğulayıb ki, Moskva "yarımisterik tonlarda deyil, peşəkar olaraq" danışmağa hazırdır.

"Ümumiyyətlə, onlar (Şimali Atlantika Alyansı - red.) Ukrayna və Krımdakı hadisələrdən sonra hərbçilər arasında dialoq aparmaqdan qəti şəkildə imtina ediblər. Biz bu cür emosional, yarımisterik tonlarda deyil, peşəkar şəkildə danışmağa hazırıq", - deyə xarici işlər naziri bildirib.

Seçkilərə müdaxilə

Rusiya xarici işlər naziri qeyd edib ki, Moskva Vaşinqtondan ABŞ-ın Rusiyadakı seçkilərə niyə müdaxilə etdiyi sualına cavab verməsini gözləyir.

Sentyabrın 10-da ABŞ-ın Moskvadakı səfiri Con Sallivan idarəyə çağırılıb.

"Ona (səfirə - red.) verilən məlumatlar kifayət qədər ciddi olub. Vəssalam. Amerikalı həmkarlarımızdan bunun niyə baş verdiyinə dair cavab gözləyirik", - deyə o bildirib.

ABŞ-ın Rusiya işlərinə müdaxiləsi faktlarının bir sıra xarici platformaların qadağan edilmiş məzmunu silməkdən imtina etməsi ilə əlaqədar olduğunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika səfirinə konkret hansı faktların təqdim edildiyi sualına cavab verərkən bildirib.

"Mən bu faktlarla bağlı təfərrüata varmayacağam. Faktlar bir sıra Qərb internet platformalarının qadağan olunmuş məzmunu silməkdən imtina etməsi ilə əlaqədardır. Ümumiyyətlə, mən belə deyəcəyəm. Konkret faktlar Amerika səfirinə ötürülüb. O, bu sənədi yoxlayacağına söz verdiyi məlumat kimi qəbul edib. Düzdür, o deyib ki, kiminsə Rusiya qanunvericiliyini pozduğu barədə onlarda heç bir məlumat yoxdur", - deyə nazir jurnalistlərə bildirib.

"Şimal Axını-2"

Sergey Lavrov müsahibədə "Şimal Axını-2"nin gələcək taleyi barədə danışaraq, hücumların layihəyə davam etdiyini söyləyib.

"Şübhə etmirəm ki, bu qaz kəmərinə hücum cəhdləri davam edəcək. Ona qarşı çıxmaqda ən çox canfəşanlıq edən azlıqdır, aqressiv olan bu azlığa ilk növbədə Baltikyanı ölkələr, Polşa və digər AB ölkələri daxildir", - deyə Lavrov jurnalistlərə bildirib.

* Rusiya Federasiyası və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması

Eləcə də oxuyun:

1418

İƏT nümayəndə heyəti Şuşa şəhərindədir

0
Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

BAKI, 16 sentyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərindədir.

11:11

Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya yola düşüb.

"Report"un xəbərinə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.

Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun:

Əliyev İƏT-ə səsləndi - Sizi də görmək istərdik

Şuşa yeni festivala hazırlaşır

Şuşa yolunun inşası tamamlanmaq üzrədir

0
Teqlər:
zərif cins, sosial