Pəncşirdə son döyüşlər: Taliban* sakinlərə təhlükəsizlik sözü verdi

© AP Photo / Jalaluddin SekandarБойцы афганского движение сопротивления Талибану* в провинции Панджшер
Бойцы афганского движение сопротивления Талибану* в провинции Панджшер - Sputnik Azərbaycan, 1920, 05.09.2021
Abunə olmaq
Hərəkatın nümayəndəsi Bilal Kərimi bildirib ki, müqavimət qüvvələri çoxsaylı itkilər verib, Taliban* çoxlu sayda əsiri, texnikanı, silah və sursatı ələ keçirib.
BAKI, 5 sentyabr - Sputnik. Taliban* hərəkatı Əfqanıstanın Pəncşir əyalətinin inzibati mərkəzi olan Bazarak şəhəri ətrafında müqavimət qüvvələrinə qarşı hücumu davam etdirir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi Twitter səhifəsində məlumat yayıb.
Kəriminin sözlərinə görə, hazırda Pəncşir əyalətinin yalnız inzibati mərkəzi olan Bazarak şəhəri qalıb, ətraf bölgələr ələ keçirilib, son döyüşlər gedir.
“Müqavimət qüvvələri çoxsaylı itkilər verib, Taliban* çoxlu sayda əsiri, texnikanı, silah və sursatı ələ keçirib”, - deyə nümayəndə bildirib.
Qeyd edək ki, yerli telekanalın məlumatına görə, Taliban* Pəncşir sakinlərinə onların bağışlanacağını vəd edib: “İnsanların təhlükəsizliyinə zəmanət veririk”.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı
Həmçinin oxuyun: 
* Taliblər Pəncşirin strateji cəhətdən daha iki mühüm rayonunu ələ keçirdilər
* Pəncşir təslim olub: Taliban* ora nəzarəti ələ keçirib
Xəbər lenti
0