Koronavirus testləri, arxiv şəkli

Gürcüstanda koronavirusdan ölənlərin sayı yenidən artıb

12
(Yenilənib 15:49 04.09.2021)
Ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 562 627-yə, sağalanların sayı 509 181-ə, pandemiya qurbanlarının sayı isə 7 min 732-yə çatıb.

BAKI, 4 sentyabr — Sputnik. Gürcüstanda koronavirusdan ölənlərin sayı yenidən artıb. Son sutkada ölkədə daha 2 684 nəfər koronavirusa yoluxub, 83 nəfər həyatını itirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla da, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 562 627-yə, sağalanların sayı 509 181-ə, pandemiya qurbanlarının sayı isə 7 min 732-yə çatıb.

Hazırda ölkədə 45 min 688 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, Gürcüstanda sentyabrın 4-dək 1 285 742 nəfər vaksinasiya olub. Onlardan 454 486 nəfəri vaksinin hər iki dozasını qəbul edib.

Bu da ümumi əhalinin 15,9 faizini təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 216 milyonu keçib, 4,50 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Həmçinin oxuyun:

Gürcüstan azərbaycanlılarına peyvənd vurulmur? - Rəsmi açıqlama

12
Teqlər:
COVID-19
Ermənistan Baş naziri Nikol Paşinyan, arxiv şəkli

Əl bizdən ətək sizdən: Paşinyan KTMT-dən PUA istədi

32
(Yenilənib 15:51 16.09.2021)
Paşinyan bildirilib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə Yerevan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir.

BAKI, 16 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələri müasir texnika, o cümlədən, Pilotsuz Uçan Aparatla (PUA) silahlandırılmalıdır.

Sputnik Ermənistan xəbər verir ki, bu təkliflə Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Düşənbədə keçirilən sammitində çıxış edib.

KTMT sədrliyinin Ermənistana keçdiyinə diqqət çəkən Paşinyan bildirib ki, bununla əlaqədar olaraq tərəflər bir-birinə qarşılıqlı yardımı artırmalı, xarici siyasət məsələlərində koordinasiyanı gücləndirməlidir. Onun sözlərinə görə, bu, quruma üzv dövlətlərin maraqlarına toxunan məsələlərin razılaşdırılmış həlli yollarını müəyyənləşdirməyə imkan verər.

"Biz, xüsusən də xarici işlər və müdafiə nazirlikləri səviyyəsində məşvərət iclaslarının keçirilməsinə böyük önəm veririk", – deyə, o vurğulayıb.

O da bildirilib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə Yerevan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir.

Qeyd edək ki, hazırda Tacikistanın paytaxtı Düşənbə şəhərində KTMT-nin sammiti keçirilir. Sentyabrın 15-də başlayan toplantıda Rusiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edir.

Rusiya Prezidenti Vladimir Putin karantin rejimində olduğundan, iclasa videokonfrans rejimində qatılıb.

Xatırladaq ki, KTMT-nin növbəti iclası 2022-ci ilin sonunda Yerevanda keçiriləcək.

32
Erməni hərbçiləri, arxiv şəkli

"Hindistan Kəşmirdə ermənilərin Qarabağda etdiyini təkrarlayır" - Pakistan səfiri

20
(Yenilənib 15:53 16.09.2021)
Səfirin sözlərinə görə, Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik tərkibi dəyişməyə cəhd edib. Buna görə də Azərbaycan Pakistanı anlayır və dəstəkləyir.

BAKI, 16 sentyabr — Sputnik. Hindistan Kəşmir vilayətində sistematik şəkildə insan haqqlarını pozur. Beynəlxalq Birlik narahatlığını dilə gətirməli və Hindistanı bu sahədə addım atmağa çağırmalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Kəşmirdə son vəziyyəti dəyərləndirərkən bildirib.

"Hindistan BMT nümayəndələri, müstəqil jurnalistlər, humanitar təşkilatlar, xarici ölkələrdən olan müşahidəçilərin işğal altında olan Cəmmu və Kəşmirə daxil olmasına icazə vermir, oradakı ağır vəziyyəti dünyanın görməsini istəmir", - deyə səfir qeyd edib.

Bilal Haye xatırladıb ki, sentyabrın 12-i İslamabadda Hindistan tərəfindən qeyri-qanuni işğal olunan Cammu və Kəşmirdə baş verən müharibə cinayətləri haqqında sənəd təqdim olunub:

"131 səhifəlik sənəd üç fəsildən ibarətdir. Sənəddə Hindistanın törətdiyi müharibə cinayətləri, məhkəmədənkənar qətllər, özbaşına həbslər, işgəncələr, pellet silahından yaralanmalar, təcavüzlər, 100.000-dən çox uşağın yetim qalması, axtarış və kordon əməliyyatları, saxta bayraq əməliyyatları, saxta qarşıdurmalar , onları günahlandırmaq və müqavimət hərəkatına zərər vermək üçün günahsız sakinlərə qarşı silah istifadə olunması haqqında ətraflı məlumat yer alıb".

Səfirin sözlərin görə, Hindistan regionda demoqrafik vəziyyəti dəyişmək üçün ölkənin digər hissələrindən Cəmmu və Kəşmirə insanları köçürdür:

"2020-ci ildən bəri 4.2 milyon insan bu bölgəyə köçürülüb. Bununla da Hindistan regionda müsəlmanların sayını azaltmağa, Kəşmirin demoqrafik tərkibini dəyişməyə çalışır. Bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Azərbaycan da bu məsələ ilə üzləşib. Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik tərkibi dəyişməyə cəhd edib. Buna görə də Azərbaycan Pakistanı anlayır, dəstəkləyir".

Bilal Haye, həmçinin qeyd edib ki, Hindistanda İŞİD-in 5 təlim düşərgəsinin olmasına dair sübutlar var: "Hindistan bu terror təşkilatını maliyyələşdirir, onların təlim keçməsi üçün şərait yaradır".

20