Azərbaycan üzgüçüsü Roman Saleh Tokio-2020 Paralimpiya Oyunlarında

Azərbaycan Tokio Paralimpiya Oyunlarında onuncu qızıl medalını qazanıb

1660
Üzgüçü Raman Saleh Azərbaycan yığmasında onuncu Paralimpiya çempionu oldu və bu, onun artıq Tokio Paralimpiya Oyunlarında ikinci qızıl medalıdır.

BAKI, 31 avqust — Sputnik. Azərbaycan idmançıları Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında onlarla qızıl medal qazanıblar. Bu barədə Sputnik Azərbaycan məlumat verir.

Növbəti qızıl medal 100 metr sərbəst üzgüçülükdə Paralimpiya çempionu olmuş azərbaycanlı üzgüçü Raman Salehin hesabındadır. Yarımfinal yarışında Saleh ikinci yeri tutaraq finala vəsiqə qazanıb. Həlledici üzgüçülükdə o, 52,69 saniyəyə məsafəni qət edərək qızıl medalın sahibi olub.

Qeyd edək ki, Saleh Tokio Oyunlarının iki qat Paralimpiya çempionu oldu. Daha öncə o, 100 metr məsafədə kürək üstü üzmədə qızıl medal qazanıb.

Beləliklə, Tokioda keçirilən oyunlarda Azərbaycan paralimpiyaçılarının qazandıqları medalların ümumi sayı 14-ə çatıb və onlardan 10-u qızıl, 4-ü isə bürüncdür.

Tokio oyunlarında Azərbaycan milli yığmasının heyətində iştirak edən cüdoçular Hüseyn Rəhimli (81 kiloqram), Dursədəf Kərimova (70 kiloqramdan yuxarı), Vüqar Şirinli (60 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Sevda Vəliyeva (57 kiloqram) və Şahanə Hacıyeva (48 kiloqram), üzgüçü Raman Saleh (100 metr kürək üstü və sərbəst üzmə), habelə atletlər Həmid Heydərli (nizə atma, dünya rekordu 51.42 metr) və Elvin Astanov (kürə atma, dünya rekordu 8.77 metr) Paralimpiya çempionu oldular.

Həmçinin oxuyun:

İki paralimpiya çempionunun anası: "Bilmədim yuxu görürəm, yerdəyəm, ya göydəyəm"

1660
Teqlər:
qızıl, qızıl medal
COVİD-19 xəstəsi, arxiv şəkli

İsraildə peyvənd əleyhinə hərəkatın lideri koronavirusdan ölüb

883
(Yenilənib 19:45 15.09.2021)
Sonradan Şaulyan Qüds polis əməkdaşlarının onu zəhərləməyə çalışdıqlarını və bu səbəbdən vəziyyətinin kəskin şəkildə pisləşdiyini bildirib.

BAKI, 15 sentyabr — Sputnik. İsraildə COVID-19-a qarşı peyvənd hərəkatının lideri Hay Şaulyan koronavirusdan vəfat edib. Bu barədə "The Jerusalem Post" məlumat verib.

Bu istimai fəal, sosial şəbəkələrdə "Epidemiya yoxdur - peyvənd təhlükəli və faydasızdır" şüarı altında peyvənd əleyhinə şüarlar yayırdı. Bundan sonra Şaulyan özü virusa yoluxaraq xəstəxanaya yerləşdirilib və oksigen aparatına qoşulub.

"Əgər mən oksigen aparatını çıxardıb üç metr gəzsəm huşumu itirərəm. Mən çox öskürürəm və boğulma hiss edirəm", - deyə o, qeyd edib.

Sonradan Şaulyan Qüds polis əməkdaşlarının onu zəhərləməyə çalışdıqlarını və bu səbəbdən vəziyyətinin kəskin şəkildə pisləşdiyini bildirib. O xəbərdarlıq edib ki, əgər ona bir şey olarsa, bu, qətl cəhdi kimi qiymətləndirilsin.

Avqustun 8-də qatı peyvənd əleyhdarı olan amerikalı radio aparıcısı Dik Farrel COVID-19-dan vəfat edib və ölməzdən əvvəl o, insanları peyvənd etməyə çağırıb. Əvvəllər aparıcı iddia edirdi ki, ABŞ Demokratik Partiyasının üzvləri virus üçün heç vaxt müsbət nümunə vermirlər, çünki virusun özü respublikaçıları aldatmaq üçün yaradılmış uydurmadır.

883

Əfqanıstan, "Şimal Axını-2" seçkiyə müdaxilə: Lavrovun əsas açıqlamaları

1418
(Yenilənib 16:02 15.09.2021)
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Düşənbədə jurnalistlərin suallarını cavablandırıb.

BAKI, 15 sentyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Düşənbədə jurnalistlərə verdiyi müsahibədə bildirib ki, Moskva Talibanı* tanımağa tələsmir və Əfqanıstan hökuməti haqqında danışmaq hələ tezdir. Həmçinin, Rusiya diplomatiyasının rəhbəri Əfqanıstandan olan qaçqınlar, NATO ilə qarşılıqlı əlaqə və ABŞ-ın Rusiya Federasiyasındakı seçkilərə müdaxiləsi mövzusuna da toxunub.

Taliblər

Sergey Lavrov bildirib ki, indiyə qədər dünyada heç kim talibləri rəsmən tanımağa tələsmir.

"Taliblər hələ heç bir ölkə tərəfindən tanınmayıblar. Hamı deyir ki, ilk növbədə təhlükəsizlik məsələləri, vətəndaşların hüquqlarına nəzarət və diplomatik missiyaların normal fəaliyyətini təmin etmək mövzusunda mövcud məsələlər üzrə onlarla əlaqə saxlamaq lazımdır. Ancaq onları rəsmən tanımaq üçün heç kim tələsmir", - deyə Lavrov jurnalistlərə bildirib.

Rusiyalı nazir onu da qeyd edib ki, çox az vaxt keçdiyinə görə Əfqanıstanın yeni hökumətini mühakimə etmək hələ tezdir.

Lavrovun fikrincə, bu, Mərkəzi Asiyanın qonşu ölkələri üçün hər hansı bir riskin istisna edilməsi üçün zəruridir.

"Taliblər özləri öz məqsədlərini bildiriblər, o cümlədən onlar terrorizmə qarşı sonrakı mübarizəyə, narkotik ticarəti ilə mübarizəyə sadiq qalacaqlarını bəyan edərək hər kəsi Əfqanıstan ərazisindən qonşu ölkələrə heç bir təhlükənin yaranmaması üçün əllərindən gələni edəcəklərinə əmin ediblər", - deyə nazir qeyd edib.

Lavrovun sözlərinə görə, taliblər qonşu ölkələrdə sabitliyi pozmaq niyyətində olmadıqlarına və Əfqanıstan cəmiyyətinin bütün siyasi, etnik və konfessional spektrini əks etdirən inklüziv bir hökumətin yaranmasını əminliklə bildiriblər.

"Dünyanın əksər ölkələri kimi, biz də bu yanaşmanı alqışladıq və indi bunun necə həyata keçiriləcəyini müşahidə edirik", - deyə XİN rəhbəri əlavə edib.

Moskva miqrasiya böhranına görə məsuliyyət daşımır

Rusiya bunun məsuliyyət yükünü daşımayacağını söyləyib.

Həmçinin rusiyalı nazir Qərbin hərəkətlərinə görə Əfqanıstandakı vəziyyətlə əlaqədar mümkün miqrasiya böhranı mövzusuna da toxunub. O qeyd edib ki, Rusiya buna görə məsuliyyət daşımaq niyyətində deyil.

"Miqrantlar Əfqanıstandan, İraqdan, Qərb həmkarlarımızın həyəcanlandırdığı bütün ölkələrdən gəlirlər, indi isə elə həmin qərbli həmkarlar Belarus tərəfinin hərəkətlərini "hibrid müharibə" adlandıraraq səslərini yüksəldirlər. Əgər Qərb qanunsuz miqrasiyadan bu qədər narahatdırsa, onda Qərbin sakitləşməsinə ehtiyac var. Xatırladım ki, ilk dəfə qanunsuz miqrasiya mövzusu NATO Liviyanı bombaladıqdan sonra ortaya çıxıb və Liviya "qara dəliyə" çevrilib", - deyə Lavrov bildirib.

"Avropa Birliyi bunun özü üçün çox ağır olduğunu başa düşdükdə hər kəsi bu miqrantların taleyinə görə məsuliyyət yükünü bölüşməyə çağırmağa başlayıb. Biz nəinki dəstəkləmədiyimiz, həmçinin qınadığımız bir işə görə məsuliyyət yükünü bölüşmək niyyətində deyilik", - deyə nazir əlavə edib.

NATO

S.Lavrov Rusiyanın NATO ilə qarşılıqlı əlaqəsi mövzusuna da toxunub. Onun sözlərinə görə, NATO hərbi xətt üzrə dialoqa qəti şəkildə qarşı çıxıb.

Nazir vurğulayıb ki, Moskva "yarımisterik tonlarda deyil, peşəkar olaraq" danışmağa hazırdır.

"Ümumiyyətlə, onlar (Şimali Atlantika Alyansı - red.) Ukrayna və Krımdakı hadisələrdən sonra hərbçilər arasında dialoq aparmaqdan qəti şəkildə imtina ediblər. Biz bu cür emosional, yarımisterik tonlarda deyil, peşəkar şəkildə danışmağa hazırıq", - deyə xarici işlər naziri bildirib.

Seçkilərə müdaxilə

Rusiya xarici işlər naziri qeyd edib ki, Moskva Vaşinqtondan ABŞ-ın Rusiyadakı seçkilərə niyə müdaxilə etdiyi sualına cavab verməsini gözləyir.

Sentyabrın 10-da ABŞ-ın Moskvadakı səfiri Con Sallivan idarəyə çağırılıb.

"Ona (səfirə - red.) verilən məlumatlar kifayət qədər ciddi olub. Vəssalam. Amerikalı həmkarlarımızdan bunun niyə baş verdiyinə dair cavab gözləyirik", - deyə o bildirib.

ABŞ-ın Rusiya işlərinə müdaxiləsi faktlarının bir sıra xarici platformaların qadağan edilmiş məzmunu silməkdən imtina etməsi ilə əlaqədar olduğunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika səfirinə konkret hansı faktların təqdim edildiyi sualına cavab verərkən bildirib.

"Mən bu faktlarla bağlı təfərrüata varmayacağam. Faktlar bir sıra Qərb internet platformalarının qadağan olunmuş məzmunu silməkdən imtina etməsi ilə əlaqədardır. Ümumiyyətlə, mən belə deyəcəyəm. Konkret faktlar Amerika səfirinə ötürülüb. O, bu sənədi yoxlayacağına söz verdiyi məlumat kimi qəbul edib. Düzdür, o deyib ki, kiminsə Rusiya qanunvericiliyini pozduğu barədə onlarda heç bir məlumat yoxdur", - deyə nazir jurnalistlərə bildirib.

"Şimal Axını-2"

Sergey Lavrov müsahibədə "Şimal Axını-2"nin gələcək taleyi barədə danışaraq, hücumların layihəyə davam etdiyini söyləyib.

"Şübhə etmirəm ki, bu qaz kəmərinə hücum cəhdləri davam edəcək. Ona qarşı çıxmaqda ən çox canfəşanlıq edən azlıqdır, aqressiv olan bu azlığa ilk növbədə Baltikyanı ölkələr, Polşa və digər AB ölkələri daxildir", - deyə Lavrov jurnalistlərə bildirib.

* Rusiya Federasiyası və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması

Eləcə də oxuyun:

1418
 Əlil, arxiv şəkli

Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min

0
(Yenilənib 13:32 16.09.2021)
Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.

BAKI, 16 sentyabr — Sputnik. 3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov məlumat verib. O, bildirib ki, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib. O cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb".

A. Bayramov saxta əlillik təyinatlarına qarşı prosesin davam edəcəyini də bildirib: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".

A. Bayramov onu da qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onun sözlərinə görə, 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib: "Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib".

Bundan əlavə, qurum rəhbəri qeyd edib ki, Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb.

0