HDQ-nin taktiki təlimləri

Xəzəryanı ölkələrin dənizdə birgə hərbi təlimləri keçiriləcək

3063
Rusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirəcəkRusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirəcək

BAKI, 31 avqust — Sputnik. Rusiya, Azərbaycan, İran və Qazaxıstan "Dəniz kuboku" müsabiqəsinin bitməsindən sonra – sentyabrın əvvəlində Xəzər dənizində hərbi-dəniz təlimləri keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xəzər donanmasının komandanının müavini, kontr-admiral Sergey Ekiov bildirib.

"Dəniz kuboku" bitdikdən sonra birgə təlimlər baş tutacaq. Birgə təlimlərdə Rusiya, İran, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Qüvvələri iştirak edəcəklər. Bir neçə gün ərzində biz burada Xəzər dənizində birgə addımları məşq edəcəyik".

Qeyd edək ki, avqustun 29-u "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Hərbi dənizçilər müsabiqənin "Dəniz hazırlığı" mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.

Komissiyasının qərarına əsasən hakimlər bu mərhələdə Rusiya komandasını 38 xalla birinci, Qazaxıstan və İran komandalarını 36 xalla ikinci, Azərbaycan HDQ-nin komandasını isə 32 xalla üçüncü yerə layiq görülüblər.

Ümumi xal hesabına görə isə İran komandası 94 xalla müsabiqənin lideridir. Qazaxıstan komandası 85 xalla ikinci, Rusiya komandası 84 xalla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 80 xalla dördüncü yerdə qərarlaşıblar.

Həmçinin oxuyun:

“Dəniz kuboku” müsabiqəsində növbəti mərhələsi yekunlaşıb - VİDEO

3063
Teqlər:
Xəzər, təlim

Rusiyalı adamları Azərbaycana investisiyanı artırmaq niyyətindədir

0
Azərbaycan və Rusiya uzunmüddətli ortaqlıqlar qurmaq niyyətindədir. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Sputnik Azərbaycan-da keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycanlı istehsalçılar da öz növbəsində Rusiyaya meyvə-tərəvəz, kimyəvi və qida məhsulları ixrac edirlər.

Yeri gəlmişkən, Azərbaycan plastmasının və ondan hazırlanan məhsulların qonşu ölkəyə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə bu il 3,6 dəfə artıb.

Ümumiyyətlə, bu ilin 7 ayında ölkələr arasında ticarət dövriyyəsi 8,2% artaraq əvvəlki iki ilin göstəricilərini üstələyib.

Bundan əlavə, Rusiya şirkətləri Azərbaycanın iğşaldan azad edilmiş bölgələrinin sosial-iqtisadi potensialının bərpasında iştirak etmək niyyətindədir. Bu istiqamətdə maşınqayırma, enerji avadanlığı, tikinti materialları sahələri xüsusi maraq kəsb edir.

Digər vacib əməkdaşlıq sahəsi əczaçılıqdır.

 

0
Teqlər:
Rusiya, iş adamları
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Finlandiyanın xarici işlər naziri Pekka Olavi arasında görüş

Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri ilə görüşüb

171
Nazir Pekka Haavisto ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu ifadə edib.

BAKI, 23 sentyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan və Finlandiya arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğu vurğulanıb.

Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, təhsil, kənd təsərrüfatı, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair, eləcə də regional təhlükəsizlik məsələləri, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğunu qeyd edib.

Tərəflər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Pekka Haavisto ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu ifadə edib. O, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib və üçtərəfli bəyanatın icrasının vacib olduğunu vurğulayıb.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib. 

Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Baş Assambleyanın bu ilki iclası “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzulara həsr edilib.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşdü

171