Koronavirusa qarşı peyvənd vurulmasında dair sənəd, arxiv şəkli

Avropa İttifaqı Türkiyənin COVID-19 sertifikatlarını tanımağa başladı

21
(Yenilənib 18:18 30.08.2021)
Türkiyə də öz növbəsində Aİ tərəfindən verilən peyvənd sertifikatını tanımağa başlayıb və bu təcrübə vətəndaşların qarşılıqlı təhlükəsiz səyahətini asanlaşdıracaq.

BAKI, 30 avqust — Sputnik. Avropa İttifaqı (Aİ) Türkiyənin verdiyi COVID-19 sertifikatlarını tanımağa başlayıb. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Məlumatda qeyd olunur ki, Türkiyənin verdiyi peyvənd sertifikatları "AB Rəqəmsal COVID Sertifikatı" ilə eyni şərtlərə sahibdir və Aİ ölkələrində qəbul ediləcək.

Bildirilir ki, Türkiyə də öz növbəsində Aİ tərəfindən verilən peyvənd sertifikatını tanımağa başlayıb və bu təcrübə vətəndaşların qarşılıqlı təhlükəsiz səyahətini asanlaşdıracaq.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 216 milyonu keçib, 4,50 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

21
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

12
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

12
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi
Facebook, Instagram və WhatsApp

Dünyaca məşhur müğənni nişanlandığını elan etdikdən sonra "Instagram" hesabını silib

8
Ancaq bəzi istifadəçilər müğənninin hesabı özünün sildiyinə inanmayıb və bildiriblər ki, bunsuz da ara vermək olardı.

BAKI, 17 sentyabr — Sputnik. Amerikalı pop müğənni Britni Spirs sevgilisi Sem Əsgəri ilə nişanlandığını elan etdikdən sonra "Instagram" hesabını silib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə özünün "Twitter" hesabında yazıb. Hazırda məşhurun sosial şəbəkədə ​​profilinə baxmaq mümkün deyil, ora daxil olanda "Üzr istəyirik, bu səhifə əlçatmazdır" mesajı görünür.

Amerikalı pop-ulduz "Instagram" hesabını silmək qərarını bir az fasilə götürmək istəyi ilə izah edib.

"Uşaqlar, narahat olmayın... Nişanımı qeyd etmək üçün sosial mediaya bir az ara verirəm!!! Tezliklə qayıdacağam", - deyə o bildirib.

Ancaq bəzi istifadəçilər müğənninin hesabı özünün sildiyinə inanmayıb və bildiriblər ki, bunsuz da ara vermək olardı. Pərəstişkarları Spirsdən qərarını canlı yayımda açıqlamasını istəyiblər.

Qeyd edək ki, ifaçının sosial şəbəkədə 34 milyondan çox izləyicisi var idi.

Xatırladaq ki, Spirs 2004-cü ildə uşaqlıq dostu Ceyson Allen Aleksandra ərə getsə də, 55 saat sonra evliliyi ləğv etmişdi. 2004-2007-ci illərdə isə Kevin Federlin ilə evli olub.

8