İtaliyada karabinerlər, arxiv şəkli

Yoldan uçan yarış maşını iki izləyicini öldürdü

15
Şahidlərin sözlərinə görə, müşahidə yeri yoldan 20 m aralıda olub və hasarla əhatələnməyib. Yarış dayandırılıb.

BAKI, 28 avqust - Sputnik. İtaliyanın Emiliya-Romanya vilayətində keçirilən ralli zamanı yoldan uçub kənara düşən maşın iki nəfərin həyatına son qoyub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə la Stampa yazır.

 

İlkin məlumata görə, Peugeot avtomobili asfaltda sürüşərək tamaşaçıların olduğu təpəliyə doğru uçub. Şahidlərin sözlərinə görə, müşahidə yeri yoldan 20 m aralıda olub və hasarla əhatələnməyib.

Yarış dayandırılıb.

San-Polo-d`Enza şəhərinin karabinerləri araşdırmaya başlayıblar. Hadisə yerinə gələn mer isə bildirib ki, qəzanın baş verdiyi yer çox təhlükəli zona sayılmayıb. Onun sözlərinə görə, yarışçı sol döngə əvəzinə, "hansısa səbəbdən, ola bilər ki, idarəetmənin itirilməsi səbəbindən" tamaşaçıların olduğu sağ tərəf uçub.

15
Teqlər:
yarış, avtomobil, izləyici, ölüm, İtaliya

Kanar adalarında vulkan püskürməsi: onlarla evə ziyan dəydi

9
Kumbre Vyexa vulkanından axan lava Kanar adaları arxipelaqının bir hissəsi olan Palma adasındakı yaşayış məntəqələrinə yaxınlaşır.Ətraflı videomuzda.

Dron görüntülərində lavanın hovuza axaraq suyun qaynamasına səbəb olduğu əks olunub. Tüstü, kül və ara-sıra yanğınların yerli sakinlərin təxliyə edilməsinə səbəb olduğu bildirilir.

Palma adasındakı Kumbre Vyexa (Köhnə zirvə) vulkanının püskürməsini bazar ertəsi lentə alıblar. Bir neçə gün ərzində yerli hakimiyyət orqanları onun artan seysmik aktivliyini izləyiblər. Adanın boşaldılması bazar günü başlayıb. Beş mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Sonuncu dəfə Kanar adalarında vulkan püskürməsi 2011-ci ildə qeydə alınıb. Sonra El Hyerro adası yaxınlığındakı sualtı vulkan bir neçə ay aktiv idi.

 

9
Sudan hərbçiləri, arxiv şəkli

Sudanda dövlət çevrilişinin qarşısı alınıb

230
(Yenilənib 13:58 21.09.2021)
Sudanda 2018-ci ilin dekabrında dərin iqtisadi böhran fonunda başlayan xalq etirazları nəticəsində 2019-cu ilin aprelində hərbi çevriliş baş vermişdi.

 

BAKI, 21 sentyabr — Sputnik. Sudan ordusu bu ölkədə dövlət çevrilişinin qarşısını alıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "al-Mayadeen" telekanalı xəbər yayıb.

"Dövlət çevrilişi cəhdi baş tutub, o, uğursuz olub. Xalq ona müqavimət göstərməlidir", - deyə telekanala Sudanın müstəqil keçid şurasının rəsmisi bildirib. O bildirib ki, hazırda ölkədə vəziyyət nəzarət altındadır.

Telekanalın məlumatına görə, ordu çevrilişi planlaşdıran zabitləri həbs edib.

"Tanklar Xartumda parlamentin yanında olan körpünü bağlayıb", - deyə telekanal məlumat verib.

Al-Jazeera telekanalının məlumatına görə, çevrilişdə iştirak etmiş 40-dan çox zabit saxlanılıb, hazırda həbslər davam edir.

Sudanda 2018-ci ilin dekabrında dərin iqtisadi böhran fonunda başlayan xalq etirazları nəticəsində 2019-cu ilin aprelində hərbi çevriliş baş vermişdi. Ölkəni 30 il idarə edən Ömər əl-Bəşir hakimiyyətdən kənarlaşdırılaraq həbs edilmişdi.

2019-cu ilin avqustunda keçid hərbi şurasının rəhbəri Əbdül-Fəttah əl-Burxan ölkənin Suveren Şurasının rəhbəri qismində and içmişdi. Sudanın yeni baş naziri Abdulla Hamdok isə 2019-cu il avqustun 21-də and içmişdi. Genişmiqyaslı siyasi və iqtisadi islahatların keçirilməsi üçün hərbi və mülki hökumət razılığa gəlmişdi.

 

230
Teqlər:
Sudan, dövlət çevrilişinə cəhd, həbslər