Londonda Biq-Benə mənzərə, arxiv şəkli

COVID pasportuna qarşı çıxanlar Londonda yolları bağladılar

17
Nümayişçilər COVID pasportlarının, uşaqların məcburi vaksinasiyasının, maska taxmağın əleyhinədirlər, onlar hesab edirlər ki, pandemiya KİV və siyasətçilərin uydurmasıdır.

BAKI, 28 avqust - Sputnik. Maska taxmağın və COVID-19-a görə məcburi vaksinasiyanın əleyhinə olan yüzlərlə vətəndaş Londonun mərkəzi küçələrində etiraz aksiyası keçirərək yolları bağlayıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti xəbər verir.

Etirazçılar Hayd-parkda toplaşıb, baraban səsləri altında "Azadlığı qaytarın", "Maskalara yox" şüarları səsləndirərək Vestminster körpüsünə tərəf irəliləyiblər.

Bəzi küçələri polis bağlayıbsa, bəzilərində hərəkətə etirazçılar mane olublar, çünki onlar birbaşa yolla irəliləyiblər. Etirazçılar tıxacda dayanan avtomobillərə yaxınlaşaraq vərəqə paylayıb, şüarlar qışqırıblar, bəzi sürücülər də onların səsinə siqnallarla səs veriblər.

Nümayişçilər COVID pasportlarının, uşaqların məcburi vaksinasiyasının, maska taxmağın əleyhinədirlər, onlar hesab edirlər ki, pandemiya KİV və siyasətçilərin uydurmasıdır.

Heç biri maska taxmayan etirazçıların bəziləri onlarla eyni mövvqeni bölüşməyən piyadalara bəzən təhqirlər yağdırsalar da, ümumilkdə özlərini sakit aparıblar.

Vestminster körpüsünə çatanda etirazçılar baraban sədaları altında bir müddət rəqs etdikdən, "Azadlıq!" qışqırdıqdan sonra yollarına davam ediblər.

Eləcə də oxuyun:

17
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, COVID-19 pasportu, etiraz, London
Mövzu:
Yeni tip koronavirus pandemiyası (740)
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

11
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

11
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi
Facebook, Instagram və WhatsApp

Dünyaca məşhur müğənni nişanlandığını elan etdikdən sonra "Instagram" hesabını silib

7
Ancaq bəzi istifadəçilər müğənninin hesabı özünün sildiyinə inanmayıb və bildiriblər ki, bunsuz da ara vermək olardı.

BAKI, 17 sentyabr — Sputnik. Amerikalı pop müğənni Britni Spirs sevgilisi Sem Əsgəri ilə nişanlandığını elan etdikdən sonra "Instagram" hesabını silib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə özünün "Twitter" hesabında yazıb. Hazırda məşhurun sosial şəbəkədə ​​profilinə baxmaq mümkün deyil, ora daxil olanda "Üzr istəyirik, bu səhifə əlçatmazdır" mesajı görünür.

Amerikalı pop-ulduz "Instagram" hesabını silmək qərarını bir az fasilə götürmək istəyi ilə izah edib.

"Uşaqlar, narahat olmayın... Nişanımı qeyd etmək üçün sosial mediaya bir az ara verirəm!!! Tezliklə qayıdacağam", - deyə o bildirib.

Ancaq bəzi istifadəçilər müğənninin hesabı özünün sildiyinə inanmayıb və bildiriblər ki, bunsuz da ara vermək olardı. Pərəstişkarları Spirsdən qərarını canlı yayımda açıqlamasını istəyiblər.

Qeyd edək ki, ifaçının sosial şəbəkədə 34 milyondan çox izləyicisi var idi.

Xatırladaq ki, Spirs 2004-cü ildə uşaqlıq dostu Ceyson Allen Aleksandra ərə getsə də, 55 saat sonra evliliyi ləğv etmişdi. 2004-2007-ci illərdə isə Kevin Federlin ilə evli olub.

7