Qrenlandiyada buzlaqlar, arxiv şəkli

Dünyanın ən şimalında yerləşən ada tapıldı

29
(Yenilənib 22:24 28.08.2021)
Qrenlandiyanın şimalına gedən ekspedisiyanın məqsədi nümunə toplamaq idi, ancaq yeni torpaq aşkarlanacağını heç kim gözləmirdi.

BAKI, 28 avqust — Sputnik. Qrenlandiyadakı Arktika stansiyasının araşdırma mərkəzinin başçısı, qütb tədqiqatçısı Morten Raş bildirib ki, Yer kürəsinin şimal ucqarında ada aşkarlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Reuters məlumat verib.

Raşın sözlərinə görə, Qrenlandiyanın şimalına gedən ekspedisiyanın məqsədi nümunə toplamaq idi, ancaq yeni torpaq aşkarlanacağını heç kim gözləmirdi.

Adanın ölçüsü təxminən 30 metrdir, o, dəniz dibini təşkil edən lil və morenadan (buzlaqların hərəkəti ilə üzə çıxan dağ süxurlarının qırıntıları - red.) ibarətdir. Alimlər adaya "Qeqertaq Avannarleq" adını vermək istəyirlər, bu, Qrenlandiya dilində "ən şimaldakı ada" deməkdir.

Qeyd olunur ki, bir neçə ildir ki, Amerika ekspedisiyaları dünyanın ən şimalındakı adanın axtarışında idi. 2007-ci ildə Arktika veteranı Denis Şmitt indi aşkarlanan adanın yaxınlığında oxşar torpaq sahəsi tapmışdı.

Eləcə də oxuyun:

29
Teqlər:
ada, şimal, Qrenlandiya, Arktika
Tütün məmulatlarının istehsalı zavodu, arxiv şəkli

Niyə siqaret çəkənlər koronavirusa daha az yoluxur

2
(Yenilənib 10:25 25.09.2021)
Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

BAKI, 21 sentyabr — Sputnik. Yaponiyanın Xirosima Universiteti və Kansay Tibb Universitetinin alimləri siqaret çəkən insanların hansı səbəbdən koronavirusa daha az yoluxduğunu araşdırıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, araşdırmanın nəticəsi "Scientific Reports" jurnalında dərc olunub.

Alimlərin müşahidələri göstərir ki, siqaret çəkənlər arasında SARS-CoV-2 virusuna yoluxanların sayı bu zərərli vərdişdən uzaq olanlara nisbətən xeyli aşağıdır. Bununla belə, siqaret çəkməyin sözügedən xəstəliyin gedişatını çətinləşdirdiyi artıq öz təsdiqini tapıb. Yapon alimləri bu fenomeni araşdırmaq qərarına gəliblər.

Nəticədə aydın olub ki, tütünün tərkibindəki bəzi maddələr virusun "fəaliyyətinə" mane olur. Məsələ burasındadır ki, tütünün tərkibində zəhərli və kanserogen xarakter daşıyan politsiklik aromatik karbohidrogenlər (PAH) var və onlar SARS-CoV-2 virusu ilə insan hüceyrələri arasında bir növ "qapı" rolunu oynayır, yəni ACE-2 reseptorlarının əmələ gəlməsinə maneə törədir. Bu reseptorlar olmadan isə virus insan hüceyrələri ilə "birləşə" bilməz. Buna görə də siqaret çəkənlərin koronavirusa yoluxma ehtimalı aşağıdır.

Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı da yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

Həmçinin oxuyun:

COVID-19-a yoluxub sağalanlarda immunitet vaksin olunanlardan dəfələrlə güclüdür

2
Teqlər:
siqaret, yoluxma, COVID-19, Koronavirus

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

7
(Yenilənib 10:08 25.09.2021)
Görüşdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

BAKI, 25 sentyabr - Sputnik. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Bu barədə Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

RİA Novosti-nin məlumüaına görə keçirilmiş görüşlərlə bağlı ATƏT vasitəçiləri bəyanat yayıblar.

"Həmsədrlər 2020-ci ilin noyabrından bəri xarici işlər nazirlərinin baş tutan ilk görüşünü iki ölkənin bölgədə təhlükəsizliyin, sabitliyin və inkişafın təmin olunmasına yönəlmiş birbaşa dialoq vasitəsilə sülh prosesini bərpa etməkdə qətiyyətli olduqlarına bir işarə kimi alqışlayırlar”, - görüşlərlə bağlı vasitəçilərin ATƏT-in saytında yer alan bəyanatında deyilir.

Həmçinin oxuyun: 

7
Teqlər:
Ceyhun Bayramov, Ermənistan, XİN, ATƏT

Bu gün şəhərə çıxmayın, dezinfeksiya aparılır!

0
İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

BAKI, 25 sentyabr — Sputnik. Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. Sputnik Azərbaycan-a bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəbərdə bildirilir ki, ölkə vətəndaşlarının koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində genişmiqyaslı kompleks tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində şəhərin bütün rayonlarında ictimai nəqliyyat, ticarət və digər obyektlərdə, qapalı yerlərdə gündəlik reydlər və maariflndirmə işləri aparılır və tibbi maskalar paylanılır. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir. Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər. Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriləcək.

"Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər".

Həmçinin oxuyun:

İki gün keçmədi, Bakı məktəblərində yüksək temperatur qeydə alındı

0
Teqlər:
dezinfeksiya