Əfqanıstanda Taliban (Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması ) hərəkatının üzvləri, arxiv şəkli

"Politico": ABŞ taliblərə amerikalılar əfqanların siyahısını verib

25
Bu addım Əfqanıstandan insanların təxliyəsini sürətləndirmək üçün atılıb. Lakin bu, bəzi konqresmenlər və hərbçilərin narazılığına səbəb olub.

BAKI, 27 avqust — Sputnik. Birləşmiş Ştatlar Talibana* Kabildən çıxarmaq istədikləri ABŞ və Əfqanıstan vətəndaşlarının siyahısını təqdim edib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.

"Politico" nəşri öz mənbələrinə istinadən bildirib ki, bu addım Əfqanıstandan insanların təxliyəsini sürətləndirmək üçün atılıb. Lakin bu, bəzi konqresmenlər və hərbçilərin narazılığına səbəb olub.

ABŞ Müdafiə Nazirliyindən olan mənbə "Politico" nəşrinə bildirib ki, bu addım həmin şəxslərin həyatı üçün təhdiddir.

"Onlar sadəcə bu əfqanların hamısını güllələnmə siyahısına əlavə ediblər", - deyə mənbə bildirib.

Qeyd edək ki, ötən gün brifinqdə Co Bayden bəyan etmişdi ki, belə bir siyahının olmasına dair dəqiq məlumata malik deyil.

Onu da qeyd edək ki, Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

* Taliban Rusiyada qadağan olunmuş terror təşkilatıdır.Həmçinin oxuyun:

Həmçinin oxuyun:

Kabildə ard-arda partlayışları törədən məlum oldu - ABŞ artıq Talibanla birgə işləyir

25
Teqlər:
Taliban, ABŞ
Erməni hərbçiləri, arxiv şəkli

Hindistan Kəşmirdə ermənilərin Qarabağda etdiyini təkrarlayır - Pakistan səfiri

9
(Yenilənib 15:21 16.09.2021)
Səfirin sözlərinə görə, Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik tərkibi dəyişməyə cəhd edib. Buna görə də Azərbaycan Pakistanı anlayır və dəstəkləyir.

BAKI, 16 sentyabr — Sputnik. Hindistan Kəşmir vilayətində sistematik şəkildə insan haqqlarını pozur. Beynəlxalq Birlik narahatlığını dilə gətirməli və Hindistanı bu sahədə addım atmağa çağırmalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Kəşmirdə son vəziyyəti dəyərləndirərkən bildirib.

"Hindistan BMT nümayəndələri, müstəqil jurnalistlər, humanitar təşkilatlar, xarici ölkələrdən olan müşahidəçilərin işğal altında olan Cəmmu və Kəşmirə daxil olmasına icazə vermir, oradakı ağır vəziyyəti dünyanın görməsini istəmir", - deyə səfir qeyd edib.

Bilal Haye xatırladıb ki, sentyabrın 12-i İslamabadda Hindistan tərəfindən qeyri-qanuni işğal olunan Cammu və Kəşmirdə baş verən müharibə cinayətləri haqqında sənəd təqdim olunub:

"131 səhifəlik sənəd üç fəsildən ibarətdir. Sənəddə Hindistanın törətdiyi müharibə cinayətləri, məhkəmədənkənar qətllər, özbaşına həbslər, işgəncələr, pellet silahından yaralanmalar, təcavüzlər, 100.000-dən çox uşağın yetim qalması, axtarış və kordon əməliyyatları, saxta bayraq əməliyyatları, saxta qarşıdurmalar , onları günahlandırmaq və müqavimət hərəkatına zərər vermək üçün günahsız sakinlərə qarşı silah istifadə olunması haqqında ətraflı məlumat yer alıb".

Səfirin sözlərin görə, Hindistan regionda demoqrafik vəziyyəti dəyişmək üçün ölkənin digər hissələrindən Cəmmu və Kəşmirə insanları köçürdür:

"2020-ci ildən bəri 4.2 milyon insan bu bölgəyə köçürülüb. Bununla da Hindistan regionda müsəlmanların sayını azaltmağa, Kəşmirin demoqrafik tərkibini dəyişməyə çalışır. Bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Azərbaycan da bu məsələ ilə üzləşib. Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik tərkibi dəyişməyə cəhd edib. Buna görə də Azərbaycan Pakistanı anlayır, dəstəkləyir".

Bilal Haye, həmçinin qeyd edib ki, Hindistanda İŞİD-in 5 təlim düşərgəsinin olmasına dair sübutlar var: "Hindistan bu terror təşkilatını maliyyələşdirir, onların təlim keçməsi üçün şərait yaradır".

9

Dədə-baba sənəti: kəndirbazlar nəslindən olan adam Dağıstan yüksəkliklərini fəth edir

5
(Yenilənib 15:05 16.09.2021)
Kəndirbazlar nəslinin altıncı nümayəndəsi olan Kamil Mamayev ekstremal marşrutlarla qeyri-adi hobbisini həyata keçirir və bu sənəti məşhurlaşdırır.

Kəndirbaz Kamil Mamayevin sözlərinə görə, altı yaşından ip üstündə yeriməyə başlayıb. Kəndirbaz indiyə kimi hobbisini 10-a yaxın müxtəlif marşrut üzrə gerçəkləşdirib ki, onların arasında 150 metr yüksəklikdə, Solotol kanyonu üzərində ip üstə gəzmək də var.

Mamayev deyir ki, fəaliyyətinin əsas məqsədi bütün arzulayan insanlar üçün ip üstündə yerimək imkanının yaradılmasıdır. Bu məqsədlə o, Çindirçero dağ xizək kurortunda müxtəlif uzunluqlu kəndirlər üzərində ekstrim-park da təşkil edir.

"Bura çox turist gəlir, mühafizə sistemi vasitəsilə ip üstündə dayanmağa çalışır, şəkil çəkdirirlər. Onların arasında bu işi öyrənmək istəyənlər də çox olur. Hərə özünə lazım olanı seçir. Bəziləri üçün bu əyləncə, digərləri üçün idman, bir başqaları üçün ekstrimdir. Elə insanlar da var ki, bu işi həyatının mənası hesab edirlər", – deyə kəndirbaz fikirlərini bölüşüb.

O, sözügedən parkın yaradılması ilə yanaşı, şəxsi rekordunu da təzələmək niyyətindədir.

"Bu il ip üstündə 1,5 kilometr məsafə qət etmək istəyirəm. Bu Rusiya rekordudur. Əgər bunu bacarsam, rekord qazanmış olacağam. Baxaq görək, necə alınır", – deyə kəndirbaz sözlərinə yekun vurub.

5
Laborant koronavirus testlərinin nümunələri üzərində işləyir, arxiv şəkli

COVID-19 statistikası: yoluxanlar azaldı, ölənlərin sayı isə artıb