Kesvik şəhərinə mənzərə, arxiv şəkli

Sivilizasiyadan uzaq olan evə milyon yarım qiymət qoydular

12
(Yenilənib 01:11 27.08.2021)
İngiltərənin Kesvik şəhərin yaxınlığında sivilizasiyadan qopmuş təsiri bağışlayan, internetsiz yaşayış binası satılır.

 

BAKI, 27 avqust — Sputnik. İngiltərədə ətraf aləmdən gizlənmək üçün əlverişli bir ev var. "Daily Mirror"nun məlumatına görə, təcrid olunmuş yaşayış binası Kesvik şəhərindən bir neçə kilometr şimalda yerləşir.

Sivilizasiyadan uzaq olan ev 1,5 milyon funt sterlinqə (iki milyon dollar) satışa çıxarılıb. 13,9 min kvadratmetr ərazidə və 472 metr hündürlükdə olan bina 1829-cu ildə bir meşəbəyi üçün tikilib, hazırda isə bir fermerə məxsusdur. Evin sahəsi məlum deyil, ancaq nəşr orada altı yataq otağının olduğu bildirilib.

Yaşayış binasına yalnız yolsuzluq avtomobili ilə getmək olar. Evə yalnız günəş panelləri ilə enerji verilir, su isə odun sobaları ilə qızdırılır. Orada internet belə yoxdur. Bir neçə əsr əvvəl meşəbəyinin evi yolla keçən insanlar üçün sığınacaq idi, indi isə sürətlə internetləşən dünyadan qaçmaq üçün məkana çevrilib.

12
Teqlər:
ev, sivilizasiya, internet

Kanar adalarında vulkan püskürməsi: onlarla evə ziyan dəydi

9
Kumbre Vyexa vulkanından axan lava Kanar adaları arxipelaqının bir hissəsi olan Palma adasındakı yaşayış məntəqələrinə yaxınlaşır.Ətraflı videomuzda.

Dron görüntülərində lavanın hovuza axaraq suyun qaynamasına səbəb olduğu əks olunub. Tüstü, kül və ara-sıra yanğınların yerli sakinlərin təxliyə edilməsinə səbəb olduğu bildirilir.

Palma adasındakı Kumbre Vyexa (Köhnə zirvə) vulkanının püskürməsini bazar ertəsi lentə alıblar. Bir neçə gün ərzində yerli hakimiyyət orqanları onun artan seysmik aktivliyini izləyiblər. Adanın boşaldılması bazar günü başlayıb. Beş mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Sonuncu dəfə Kanar adalarında vulkan püskürməsi 2011-ci ildə qeydə alınıb. Sonra El Hyerro adası yaxınlığındakı sualtı vulkan bir neçə ay aktiv idi.

 

9
Sudan hərbçiləri, arxiv şəkli

Sudanda dövlət çevrilişinin qarşısı alınıb

231
(Yenilənib 13:58 21.09.2021)
Sudanda 2018-ci ilin dekabrında dərin iqtisadi böhran fonunda başlayan xalq etirazları nəticəsində 2019-cu ilin aprelində hərbi çevriliş baş vermişdi.

 

BAKI, 21 sentyabr — Sputnik. Sudan ordusu bu ölkədə dövlət çevrilişinin qarşısını alıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "al-Mayadeen" telekanalı xəbər yayıb.

"Dövlət çevrilişi cəhdi baş tutub, o, uğursuz olub. Xalq ona müqavimət göstərməlidir", - deyə telekanala Sudanın müstəqil keçid şurasının rəsmisi bildirib. O bildirib ki, hazırda ölkədə vəziyyət nəzarət altındadır.

Telekanalın məlumatına görə, ordu çevrilişi planlaşdıran zabitləri həbs edib.

"Tanklar Xartumda parlamentin yanında olan körpünü bağlayıb", - deyə telekanal məlumat verib.

Al-Jazeera telekanalının məlumatına görə, çevrilişdə iştirak etmiş 40-dan çox zabit saxlanılıb, hazırda həbslər davam edir.

Sudanda 2018-ci ilin dekabrında dərin iqtisadi böhran fonunda başlayan xalq etirazları nəticəsində 2019-cu ilin aprelində hərbi çevriliş baş vermişdi. Ölkəni 30 il idarə edən Ömər əl-Bəşir hakimiyyətdən kənarlaşdırılaraq həbs edilmişdi.

2019-cu ilin avqustunda keçid hərbi şurasının rəhbəri Əbdül-Fəttah əl-Burxan ölkənin Suveren Şurasının rəhbəri qismində and içmişdi. Sudanın yeni baş naziri Abdulla Hamdok isə 2019-cu il avqustun 21-də and içmişdi. Genişmiqyaslı siyasi və iqtisadi islahatların keçirilməsi üçün hərbi və mülki hökumət razılığa gəlmişdi.

 

231
Teqlər:
Sudan, dövlət çevrilişinə cəhd, həbslər
Bakıda buludlu hava, arxiv şəkli

Hava şəraiti dəyişir: xəbərdarlıq edildi

0
Sabah, sentyabrın 22-də Abşeron yarımadasının bəzi hissələrində qısamüddətli yağış yağacaq. Axşam isə əsasən rayonlarda dolu düşəcəyi, sel keçəcəyi gözlənilir.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Sputnik Azərbaycan-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var. Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.

---------

13:07

Çərşənbə günü, sentyabrın 22-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22° isti, gündüz 26-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.

0
Teqlər:
hava, hava proqnozu, Bakı, Azərbaycan, rayonlar