Türkiyənin Müdafiə naziri Hulusi Akar, arxiv şəkli

Türkiyə hərbçiləri ən qısa zamanda Əfqanıstandan təxliyə ediləcəklər Müdafiə naziri

9
(Yenilənib 12:25 26.08.2021)
Xarici İşlər Nazirliyi və müvafiq qurumlarla koordinasiya şəraitində fəaliyyətimiz mövcud təxliyə planları çərçivəsində davam etdirilməkdədir.

BAKI, 26 avqust — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstandan təxliyəsi ən qısa zamanda tamamlanacaq. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

Nazir eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin vəzifəsini layiqincə yerinə yetirdiyini bildirib: "Hava limanında fövqəladə sıxlığa və şərtlərə rəğmən önəmli bir problem olmadan Türkiyə Silahlı Qüvvələri planın tam tətbiq edilməsi üçün bütün işləri görməkdədir. Fəaliyyətimizə dəstək verdiyinə görə dost və qardaş Pakistan, Tacikistan və bölgədə birlikdə çalışdığımız müttəfiqlərimizə təşəkkür edirik. Xarici İşlər Nazirliyi və müvafiq qurumlarla koordinasiya şəraitində fəaliyyətimiz mövcud təxliyə planları çərçivəsində davam etdirilməkdədir", - deyə Hulusi Akar bildirib.

Eləcə də oxuyun:

9
Teqlər:
Əfqanıstan, Türkiyə, əsgər, təxliyə
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

9
(Yenilənib 00:13 20.09.2021)
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

9
Teqlər:
'exit-poll', Rusiya
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

6
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

6
Teqlər:
Belarus, ixrac, idxal