Qazaxıstanda hərbi obyektdə güclü partlayış olub, 30-dan çox yaralı var - VİDEO

21
Qazaxıstan Prezidenti Kazım-Jomart Tokayev bildirib ki,  müdafiə, fövqəladə hallar nazirləri, daxili işlər nazirinin müavini hadisə yerinə gediblər. Xəsarət alanlar yerli FH departamentinin əməkdaşları və hərbçilərdir.

BAKI, 26 avqust — Sputnik. Taraz şəhərindəki (Jambıl vilayətinin inzibati mərkəzi) hərbi hissədə baş verən partlayışdan sonra şəhər xəstəxanasına 30-dan çox adam gətirilib.

Sputnik Qazaxıstan bildirir ki, xəstəxanaya müxtəlif dərəcəli xəsarət almış 32 nəfər gətirilib. 

Müdafiə Nazirliyinin məlumatına görə, hərbi hissənin anbarında əsasən hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu elə də böyük deyil. Ümumilikdə hərbi hissədə altı partlayış olub.  

Qazaxıstan Prezidenti Kazım-Jomart Tokayev bildirib ki,  müdafiə, fövqəladə hallar nazirləri, daxili işlər nazirinin müavini hadisə yerinə gediblər. Xəsarət alanlar yerli FH departamentinin əməkdaşları və hərbçilərdir.

---------

19:20

Qazaxıstanın Taraz şəhərinin yaxınlığındakı hərbi hissədə güclü partlayış olub. 

Sputnik Azərbaycan-ın məlumatına görə, məlumatı ölkənin Müdafiə Nazirliyində təsdiqləyiblər.

"Jambıl vilayətinin Bayzak rayonunun yaxınlığında yerləşən hərbi hissədə yerli vaxtla 19 radələrində anbarların birinin yanında yanğın olub. Nəticədə hələ mahiyyəti təyin olunmamış əşyalar partlayıb", - məlumatda deyilir.

Qurumdan bildirilib ki, yanğının söndürülməsinə hərbi hissənin tırtıllı yanğınsöndürən maşınları və komandaları cəlb edilib. 

Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə ezam olunub. 

 

21
Teqlər:
Qazaxıstan, partlayış, hərbi hissə

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

0
(Yenilənib 09:25 25.09.2021)
Görüşdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

BAKI, 25 sentyabr - Sputnik. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Bu barədə Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

 

0
Teqlər:
Ceyhun Bayramov, Ermənistan, XİN, ATƏT
Cütlük, arxiv şəkli

Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq

4
(Yenilənib 22:26 24.09.2021)
Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

BAKI, 25 sentyabr — Sputnik. Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

Belə ki, Hüseynin evdə zurna çalması onun xanımı Nilüfər Güləri (61) özündən çıxarıb. Zurna səsindən bezən qadın ərinə 40 gün dağda zurna çalmaq cəzasını verib.

Nazilli rayonunun İşıqlar məhəlləsində yaşayan, evli və 3 uşaq atası olan Hüseyn Gülər 2004-cü ildə Dövlət Su İdarəsindən təqaüdə çıxıb. Bundan sonra işsiz qalaraq darıxan adam atasının və qardaşının peşəsi ilə maraqlanmağa başlayıb.

Evdə zurnanı uzun və yüksək səslə çaldığına görə 46 illik xanımı və qonşuları bu vəziyyətdən narahat olublar. Bu səbəbdən əri ilə tez-tez dalaşan Nilüfər Hüseynə evində zurna çalmağı qadağan edib.

Xanımı ona zurnanı 40 gün dağda çalmaq cəzası verərək "səni yalnız bu halda bağışlayacağam" deyib və evdən gedib.

Sentyabrın 2-dən etibarən gündüzləri yaşadığı məhəlləsinin yaxınlığındakı dağlıq ərazidə zurna çalan və gecələri evinə qayıdan Hüseyn Gülər 40 günün sonunda həyat yoldaşının onu bağışlayacağını gözləyir.

Cəzamın yarısı bitib

"Mən musiqiçilər ailəsindənəm. Atam və qardaşım zurna ifaçıları idi. Mən də zurna çalmağı çox sevirəm. Bəzən bu musiqi alətində ifa edəndə kövrəlirəm, hətta gözlərimdən yaş da gəlir. Təqaüdə çıxandan sonra evdə zurna çalmağa başladım. Arvadım zurnanı yüsək səslə çaldığım üçün narahat olurdu. Xəbərdarlıqlarına baxmayaraq evdə zurnanı çalmağa davam edirdim və ona görə də o, əsəbiləşirdi. "Get zurnanı dağlarda çal" deyərək mənə 40 günlük cəza verdi. Mən də polislərdən icazə alaraq, işimi bu yöndə görürəm. Cəzamın yarısı bitib. Görəsən 40 günün tamamında arvadım məni bağışlayacaq? Bilmirəm. Əgər məni bağışlasa, ona təşəkkür edəcəm, ancaq bağışlamasa zurnamı dağlarda çalmağa davam edəcəm", - deyə Hüseyn bildirib.

Ərinə əsəbləşən Nilüfər Gülər, Kuşadasında yaşayan qızının yanına gedib.

"Həyat yoldaşım bütün xəbərdarlıqlarıma baxmayaraq, evdə zurna çalmağa davam edirdi. Zurnanın səsindən mənim kimi qonşular da narahat olurdu. Ona görə də ərimə 40 günlük belə bir cəza verdim", - deyə Nilüfər bildirib.

4