Qəfil eyham: ABŞ-ın Əfqanıstandakı missiyası uzadıla bilər

16
Fox telekanalı məlumat yayıb ki, ABŞ artıq təxliyə ilə məşğul olan hərbi kontingenti Əfqanıstandan çıxarmağa başlayır.

BAKI, 24 avqust - Sputnik. ABŞ Prezidenti Co Bayden "Böyük yeddiliyin" virtual sammitində bildirib ki, qoşunları Əfqanıstandan 31 avqustadək çıxarmaqda qərarlıdır, ancaq o, ABŞ missiyasının bu ölkədə uzadılacağını da istisna etməyib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Times qəzeti öz mənbələrinə istinadən yazır.

"Administrasiyanın yüksək rütbəli nümayəndəsinin sözlərinə görə, Bayden deyib ki, hazırda əvvəlcədən təyin olunmuş vaxta - avqustun 31-də qoşunların çıxarılmasında qərarlıdır, çünki terror hücumu riski var. Ancaq elə həmin nümayəndənin sözlərinə görə, missiyanın uzadılması da mümkündür", - qəzet yazır.

Xatırladaq ki, Böyük Britaniyanın təşəbbüsü ilə çağırılan "Böyük yeddiliyin" təcili iclası çərşənbə axşamı virtual formatda keçirilib. Liderlər Əfqanıstanda vəziyyəti müzakirə ediblər.

Sammitdə Avrokomissiyanın başçısı Ursula fon der Lyayen bildirib ki, taliblərin hökuməti öz niyyətlərini nümayiş etdirməyənədək bu ölkəyə yardım edilməyəcək.

Bu arada Fox telekanalı məlumat yayıb ki, ABŞ artıq təxliyə ilə məşğul olan hərbi kontingenti Əfqanıstandan çıxarmağa başlayır. Qeyd edək ki, bu məqsədlə ABŞ Əfqanıstan paytaxtındakı aeroporta 6,5 minədək hərbçi göndərmişdi ki, amerikalıların, üçüncü ölkələrin vətəndaşlarının və risk qrupundan olan yerlilərin təxliyəsinə kömək etsinlər.

Taliban* hərəkatının üzvləri isə çərşənbə axşamı, avqustun 24-də yeganə təslim olmayan əyalətə - Pəncşirə üz tutublar. Bildirilir ki, onlar yerli müqavimət hərəkatının başçısı Əhməd Məsud (20 il əvvəl terrorçuların öldürdüyü Əhməd Şah Məsudun oğlu) və olkənin vitse-prezidenti Əmirulla Salehlə əyalətin döyüşsüz təslim olması üçün danışıqlar aparacaqlar.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

 Eləcə də oxuyun:

16
Teqlər:
Əfqanıstan, ABŞ, hərbi, missiya
Moderna vaksini, arxiv şəkli

"Pfizer" "Moderna" peyvəndlərinin az rast gəlinən yan təsiri məlum olub

255
(Yenilənib 21:58 17.09.2021)
Bu peyvəndlərdən sonra yaranan miokardit adətən gənclərə təsir edir, ancaq ikinci dozadan sonra bu hal demək olarki, həmişə yoxa çıxır.

BAKI, 18 sentyabr — Sputnik. "Pfizer" və "Moderna" peyvəndlərindən sonra nadir rast gəlinən yan təsir olan miokarditin araşdırılması göstərib ki, bu hal çox vaxt 30 yaşına qədər insanlarda müşahidə olunur. Lakin peyvəndin ikinci dozasından sonra demək olar ki, həmişə tamamilə yoxa çıxır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "medRxiv"də dərc edilmiş tədqiqat nəticələrində deyilir.

"Pfizer""Moderna"nın yeni növ koronavirusa qarşı Ribonuklein əsaslı vaksini nadir hallarda ürək əzələsinin iltihabi xəstəliyi olan miokarditin yaranmasına səbəb olması faktı bu ilin yazında məlum olub. Xəstəliyin fəsadları ürək çatışmazlığına və ya qəfil ürək dayanmasına səbəb ola bilər.

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən (İngiltərə) Samanta Leynin rəhbərliyi altında alimlər peyvənd zamanı bu cür yan təsirlərin nə qədər tez meydana gəldiyini təhlil ediblər. Həmçinin vaksinlərin qan dövranı sisteminin digər iltihabi xəstəliyi olan perikarditin yaranmasına nə qədər tez səbəb olduğunu da izləyiblər.

Leyn və həmkarları "Pfizer" və "Moderna" peyvəndlərindən istifadə edən İsrail, İngiltərə və dünyanın digər ölkələrindən miokardit və perikarditin inkişafı ilə bağlı bütün məlumatları toplayıb təhlil ediblər. Tədqiqatçılar bütün bu halları təhlil edərək bu yan təsirlərin inkişafının mümkün səbəblərini və nəticələrini araşdırıblar.

Ümumilikdə həkimlər "Pfizer" peyvəndindən sonra təxminən üç minə yaxın və "Moderna" vaksinindən sonra isə minə yaxın miokardit və perikardit hallarını qeydə alıblar. Bu cür reaksiyaya malik olan xəstələrin böyük əksəriyyəti, yəni təxminən 68-78%-i kişilər idi ki, onların da yarıdan çoxu 30 yaşa qədər olan insanlardır.

Alimlər ürək əzələsi və ona yaxın olan toxumaların iltihabının demək olar ki, həmişə ciddi nəticələrə səbəb olmadığını və xəstənin sağlamlığı üçün görünən nəticələr vermədən tez ötüb keçdiyini kəşf ediblər.

Onu da əlavə etmək lazımdır ki, qeyd olunan məqalə müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilməyib və elmi jurnalların redaktorları tərəfindən yoxlanılmayıb. Buna görə də ondan və buna bənzər məqalələrdən çıxarılan nəticələrə ehtiyatla yanaşmaq lazımdır.

Həmçinin oxuyun:

Vaksin qorxusu ilə necə mübarizə aparmalı? - Psixoloq məsləhəti

255
Teqlər:
vaksin, Pfizer
Dağıdılmış Ağdam şəhərinə mənzərə

Özbəkistanda işğaldan azad olunmuş ərazilərimizdə abidələrin bərpası müzakirə edilib

9
(Yenilənib 22:37 17.09.2021)
Anar Kərimov bu prosesdə Mədəniyyət Nazirliyinin üzərinə düşən işlər haqqında məlumat verib. Qeyd edib ki, azad olunmuş ərazilərdə nazirlik tərəfindən inventarlaşma, tarixi-mədəniyyət abidələrinin əvvəlki və indiki vəziyyətinin müqayisəsi aparılıb.

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Özbəkistana səfəri çərçivəsində Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) icraçı direktoru Ebber Ndoro ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə nazir Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımıza məxsus maddi mədəni irs nümunələrini vandalizmə məruz qoyduğunu, mənimsədiyini İCCROM rəhbərinin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə geniş, bərpa və yenidənqurma işləri həyata keçirir.

Anar Kərimov bu prosesdə Mədəniyyət Nazirliyinin üzərinə düşən işlər haqqında məlumat verib. Qeyd edib ki, azad olunmuş ərazilərdə nazirlik tərəfindən inventarlaşma, tarixi-mədəniyyət abidələrinin əvvəlki və indiki vəziyyətinin müqayisəsi aparılıb. Artıq Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində mədəni quruculuq işlərinə başlanılıb. Nazir tarixi abidələrin bərpası prosesində İCCROM-un dəstəyinə ehtiyac duyulduğunu da E.Ndoronun diqqətinə çatdırıb.

İCCROM-un rəhbəri 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirakı ilə bağlı öz təəssüratlarını bölüşüb. Bildirib ki, İCCROM ilə Azərbaycan tərəfinin razılığına əsasən, daha öncə bərpa və restavrasiya ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınıb.

Görüşdə həmin təlimlərin bərpası, bununla bağlı kurslar üzrə qrupların formalaşdırılması, onlayn treninqin keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə mədəniyyət abidələrinin bərpası ilə bağlı canlı kursların və təlimlərin təşkili, interaktiv diskussiyaların reallaşdırılması və bütün bunlar üçün texniki komissiyanın yaradılması və s. məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb. Eyni zamanda, İCCROM-un iştirakı ilə Azərbaycanda regional təlim mərkəzlərinin yaradılması da müzakirə edilib.

Həmçinin oxuyun:

TÜRKSOY-un Daimi Şurasının 38-ci iclası keçirilib

9
Teqlər:
Özbəkistan
Пианист, фото из архива

Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr

0
Sputnik Azərbaycan nəinki Yerdə, eləcə də Kainatda səslənməyə layiq Azərbaycan xalq və bəstəkar musiqi əsərlərinin bəzilərini təqdim edir.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda Musiqi Günü sentyabrın 18-də, dahi bəstəkar, musiqişünas, pedaqoq, Azərbaycan peşəkar musiqisinin banisi, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir.

Hər il Azərbaycanda bu gün bir sıra tədbirlər keçirilir, konsertlər təşkil olunur. Üzeyir Hacıbəyli adına festival isə bu il sentyabrın 18-dən 24-dək davam edəcək. Onun ilk konsertlərinin bu gün Şuşada təşkil olunması gözlənilir.

Milli Musiqi Günü münasibətilə Sputnik Azərbaycan ölkənin tanınmış mədəniyyət xadimlərinə müraciət edərək özləri ilə kosmik uçuşa yollansalar, hansı Azərbaycan musiqi incilərini götürmək istədiklərini soruşub. Onların seçimini təqdim edirik.  

Xalq artisti, dirijor Rauf Abdullayev - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra.

İstedadlı tenor Azər Zadə - Tofiq Quliyevin "Azərbaycan"ı.

Əməkdar artist Fuad İbrahimov - Fikrət Əmirovun "Azərbaycan kapriççiosu".

Xalq artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar Bayramov - Azərbaycan muğamı, xüsusən "Bayatı-Şiraz".

Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov - "Sən gəlməz oldun" (musiqisi Ələkbər Tağıyev, sözləri Mədinə Gülgün)

 

Xalq artisti, pianoçu Murad Adıgözəlzadə - Fərhad Bədəlbəylinin "Dəniz"i.

Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov - Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları. 

Bu siyahıya Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Niyazi, Rauf Hacıyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Firəngiz Əlizadə və başqalarının əsərlərini də əlavə etmək olar.

Azərbaycan muğamı kosmosda

1977-ci il fevralın 27-də "Voyacer"in Qızıl diski" işıq üzü görüb. Kainatın sakinlərini planetimizin səsləri ilə tanış etmək məqsədilə NASA-nın sifarişi ilə tərtib olunmuş, "Yerin səsləri" adlı, səslərin, nitqin, musiqinin kompilyasiyası "Voyacer" kosmik gəmisinin göyərtəsində kosmosa göndərilib.

Bethovenin Beşinci simfoniyası və 13-cü simli kvarteti, Baxın "Brandenburq konserti" və "Yaxşı temperlənmiş klavir"i, Motsartın "Sehrli fleyta"sı və Stravinskinin "Müqəddəsin baharı", Lui Armstronqun ifasında "Melancholy Blues", kor blüzmen Blaynd Uilli Consonun ifasında "Dark Was the Night, Cold Was the Ground" diskdə yer alır.

Diskə eləcə də Azərbaycan muğamı, gürcü xoru, vulkanların püskürməsi, ildırım səsi, işıldaböcəklərin və yağışın səsi, ürək döyüntüsü, gülüş, it hürüşü, quşların nəğmələri də yazılıb.

 

0
Teqlər:
musiqi, Musiqi günü, video