Pəncşir də Talibana* boyun əyməyə hazırlaşır

© AFP 2023 / AHMAD SAHEL ARMANСилы сопротивления талибам (террористическая организация, запрещена в РФ) в провинции Панджшер
Силы сопротивления талибам (террористическая организация, запрещена в РФ) в провинции Панджшер - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Abunə olmaq
Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir.
BAKI, 24 avqust — Sputnik. Pəncşir müqavimət hərəkatının liderlərindən biri Əhməd Məsud taliblərlə münaqişənin həlli variantını axtarır. Bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti xəbər yayıb.
Məsudun müşaviri bildirib ki, müqavimət hərəkatının üzvləri resurs çatışmazlığı və beynəlxalq dəstəyin olmaması səbəbindən kapitulyasiya danışıqlarına başlamaq niyyətindədirlər.
"Hamı Əfqanıstandakı 20 illik müharibədən usanıb, artıq heç kim müqavimət hərəkatına silah göndərmək istəmir. Pəncşir taliblərlə mübarizə apara bilməz, onların qüvvəsi çoxdur. İndi 80-90-cı illər deyil, artıq Talibanın* təcrübəli döyüşçüləri var. Hadisələr açıq-aşkar Pəncşirin əleyhinə dönüş alıb. Məncə, iki-üç ay davam gətirə bilər, sonra qış düşəcək", – deyə mənbə bildirib.
Məsudun müşavirinin sözlərinə görə, təslim olmaq niyyətindədir, ancaq "şərəfini qoruyub saxlamaq istəyir". Onun atasının (Talibanla* uğurla mübarizə aparan Əhməd Şah Məsud - red.) ölkədəki nüfuzunu nəzərə alsaq, Pəncşirin idarəetməsinin itirilməsi taliblərin böyük qələbəsi kimi qiymətləndiriləcək.
Qeyd edək ki, Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda taliblər hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub iyirmi illik müharibənin başa çatdığını elan ediblər. Hazırda ölkənin idarəetmə mexanizmi məsələsi müzakirə olunur. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir.
* Rusiya və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması
 Eləcə də oxuyun:
Kabil hava limanında daha yeddi nəfər həlak olub
Tarix təkrarlanır: Azərbaycan əfqan qaçqınlarını qəbul etməlidirmi
Taliban Əşrəf Qəniyə amnistiya təklif etdi
Kabil aeroportuna daha bir təhlükə
Əfqanıstanın idarəetmə forması bəlli oldu
Xəbər lenti
0