Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kabil hava limanında daha yeddi nəfər həlak olub

© AP Photo / Shekib RahmaniСотни людей собрались возле транспортного самолета C-17 ВВС США по периметру международного аэропорта в Кабуле, Афганистан.
Сотни людей собрались возле транспортного самолета C-17 ВВС США по периметру международного аэропорта в Кабуле, Афганистан. - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
Taliban Kabila daxil olduqdan sonra ölkəni tərk etməyə ümid edən minlərlə insan paytaxtın hava limanına axışmağa başlayıb. Amerika və İngiltərə hərbçiləri havaya xəbərdarlıq atəşi açıblar.
BAKI, 23 avqust — Sputnik. kabil hava limanında baş vermiş toqquşmalar nəticəsində bazar ertəsi yeddi nəfər həlak olub. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Xatırladaq ki, bu gün səhər saatlarında Kabil hava limanı yaxınlığında baş verən hadisə nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir qulluqçusunun öldüyü, üç nəfərin isə yaralandığı barədə xəbər verilib.
"Bu səhər Mərkəzi Avropa vaxtı ilə saat 04:13-də (Moskva vaxtı ilə 05:13-də - red.) Kabilin hava limanının şimal girişində Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə naməlum hücumçular arasında atışma baş verib", - deyə əməliyyat komandanlığının "Twitter" səhifəsində bildirilib.
Qeyd olunurdu ki, ABŞ və Almaniya hərbçiləri də atəş açıblar, lakin onlar arasında xəsarət alan olmayıb.
Taliban Kabila daxil olduqdan sonra ölkəni tərk etməyə ümid edən minlərlə insan paytaxtın hava limanına axışmağa başlayıb. Bununla əlaqədar olaraq izdihamlar baş verib, Amerika və İngiltərə hərbçiləri havaya xəbərdarlıq atəşi açıblar. Uçan təyyarələrin şassisindən düşmək də daxil olmaqla bir neçə nəfər ölüb.
Həmçinin oxuyun:
Taliban Əşrəf Qəniyə amnistiya təklif etdi
Xəbər lenti
0