Kabildə hava limanı, arxiv şəkli

Kabil aeroportuna daha bir təhlükə

23
(Yenilənib 13:49 24.08.2021)
Prezident Baydenin köməkçisinin sözlərinə görə, son 24 saat ərzində 7500-dən çox insan ABŞ HHQ-nin, eləcə də özəl şirkətlərin təyyarələri ilə Əfqanıstandan çıxarılıb. 

BAKI, 22 avqust - Sputnik. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Kabil beynəlxalq aeroportuna İŞİD* tərəfindən terror hücumu ehtimalı realdır.

Sputnik Azərbaycan bildirir ki, CNN telekanalına müsahibəsində Sallivan deyib ki, hazırda aeroportda ölkəni tərk etmək istəyən ABŞ və Əfqanıstan vətəndaşları var. 

"Təhlükə realdır. Bu, aktual və ciddi problemdir. Onu bütün mümkün üsullarla yoluna qoymağa çalışırıq", - Sallivan söyləyib.

O, həmçinin əlavə edib ki, ABŞ istənilən terror hücumunun dəf olunmasına "birinci dərəcəli əhəmiyyət" verir. 

Bundan öncə CNN məlumat yaymışdı ki, Amerika əsgərləri terrorçu qrupların təhlükəsi səbəbindən Kabil aeroportuna alternativ marşrutlar təşkil edir. 

Sallivan Kabil aeroportunda dəqiq nə qədər insanın olduğunu deyə bilməyib, "bir neçə min adam var", söyləyib. 

"Biz bütün səylərimizlə amerikalıların ölkədən çıxarılması üçün onların aviabazaya çatdırılmasını təşkil etməyə çalışırıq", - deyən siyasətçi Kabil aeroportunda mövcud şərait üzündən logistikada problem yarandığını vurğulayıb.

Prezident Baydenin köməkçisinin sözlərinə görə, son 24 saat ərzində 7500-dən çox insan ABŞ HHQ-nin, eləcə də özəl şirkətlərin təyyarələri ilə Əfqanıstandan çıxarılıb. 

Bazar günü, avqustun 22-də səhərçağı bildirilmişdi ki, Kabil aeroportu 48 saat müddətində bağlı olacaq. ABŞ Dövlət Departamenti elan etmişdi ki, aeroportun ərazisində olan insanlar təxliyə edildikdən sonra aeroportun fəaliyyəti bərpa ediləcək.

* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilat. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.

Eləcə də oxuyun:

23
Teqlər:
Kabil, aeroport, təhlükə, İŞİD, terror, ABŞ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: Türkiyə-ABŞ münasibətləri pisləşib

957
(Yenilənib 16:09 24.09.2021)
Ərdoğan vurğulayıb ki, NATO-ya üzv iki ölkə kimi Türkiyə və ABŞ-ın tamamilə fərqli münasibətləri olmalıdır.

 

BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Suriyada kürd qruplaşmalarına hərbi yardımı artırıb. Heç bir ABŞ prezidentinin dövründə vəziyyət hazırkı prezident Co Baydenin zamanındakı kimi pis olmayıb. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"NATO-ya üzv iki ölkə kimi Türkiyə və ABŞ-ın tamamilə fərqli münasibətləri olmalıdır. Heç bir ABŞ liderinin dövründə vəziyyət belə pis olmayıb. Vaşinqton regionda terrorçuları daha çox dəstəkləyir", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, ötən gün də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti vəzifəsinə başladıqdan sonra Cozef Baydenlə münasibətlərin elə də yaxşı olmadığını bəyan etmişdi: "İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Amma indiki vəziyyət o qədər də yaxşı deyil. Baş nazir və prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm".

Eləcə də oxuyun:

957
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Cozef Bayden, ABŞ, Türkiyə, münasibət
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiya Dövlət Dumasına seçkilərlə bağlı MSK iclas keçirdi

305
(Yenilənib 16:00 24.09.2021)
Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

BAKI, 24 sentyabr — Sputnik. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası cümə günü, sentyabrın 24-də keçirdiyi iclasda Dövlət Dumasına seçkilərin baş tutmuş və etibarlı olması barədə protokol qəbul edib. 

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini, mandatların yekun bölgüsünü açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Protokolun 100 faizlik emalından sonra federal dairə üzrə Rusiya Dövlət Dumasına beş partiyadan namizədlər seçilib: Vahid Rusiya Partiyası 324 mandat, Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) - 57, Ədalətli Rusiya - həqiqət uğrunda - 27, Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) 21, Yeni insanlar Partiyası -13 mandat qazanıb.

Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasına və 9 subyektin icra orqanlarına seçkilər 17-19 sentyabrda keçirilib. Seçkilərdə seçici fəallığı 51,72 faiz olub.

Moskvada və altı subyektdə - Kursk, Nijeqorod, Yaroslav, Murmansk, Rostov və Sevastopolda distansion elektron səsvermə təşkil olunub.

Eləcə də oxuyun:

305
Teqlər:
Rusiya, Dövlət Duması, seçki, iclas, protokol
Qəssab əti mağazaya aparır, arxiv şəkli

İmişli sakini iylənmiş əti daşıyarkən yaxlandı

0
(Yenilənib 21:48 24.09.2021)
Avtomobilin yük yerində baytarlıq ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq iribuynuzlu heyvana məxsus ət aşkarlanıb.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı İmişli rayonu ərazisində yaşayan vətəndaş İbrahimov Bəxtiyar Hacıəhməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirib. Bu barədə agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq iribuynuzlu heyvana məxsus ət aşkarlanıb.

Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunan ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiqini tapıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə Tərtərdə istehlaka yararsız 176 kq ət aşkarlanaraq məhv edilmişdi.

0