Baydenə ittiham - “Taliblərin önündə diz çökdü”

© AFP 2023 / SAUL LOEBДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.08.2021
Abunə olmaq
Donald Tramp vaxtilə taliblərlə bağlanan sazişin bəzi detallarını açıqlayıb, üstəlik yeni prezidenti təslimçilikdə günahlandırıb.
BAKI, 22 avqust – Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, indiki Co Bayden administrasiyası Əfqanıstandakı bütün mövqeləri Talibana* tərk edərək onun qarşısında diz çöküb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Tramp Alabama ştatında tərəfdarlarının mitinqində Əfqanıstan və taliblərlə bağlı əlaqələrindən də danışıb.
“Mən Abdul (Qəni Bəradər, Talibanın siyasi ofisinin rəhbəri - red.) ilə iş aparırdım. O, lider idi. Ona dedim, Abdul, əgər nəsə olsa, biz sizə terror təşkil edərik və o, dəhşətli olar. Amerikalılara dəyməyin, heç vaxt bizim ölkəmizə gəlməyin, öz vətəndaş müharibənizi aparın. Bununla bağlı mən heç nə edə bilmərəm: onlar yüz illərdir döyüşürlər. Və onlar yaxşı döyüşçüdürlər. Ancaq mənim onlarla münasibətlərim yaxşı idi”, - Tramp deyib.
Molla Abdul Qəni Bəradərlə Trampın əlaqə yaratması barədə 2020-ci ilin martında məlumat yayılmışdı.
“Mən onlara dedim ki, gəlin işə keçək, razılaşma imzalanması üçün şərtlər var. Onlar ilk iki şərtlə razılaşmadılar, onda biz onları yaxşıca sıxışdırdıq, o zaman şərtləri qəbul etdilər. Onların da bir-iki şərti vardı və biz onları qəbul etməyə hazır idik”, - Tramp danışıqların gedişinin təfərrüatını açıqlayıb.
Trampın sözlərinə görə, razılaşmanın icrasına prezident seçkisində uduzmağı mane oldu.
“Sonra bizdə saxta seçki oldu və yeni prezident seçildi. Yeni prezident ofisə köçdü, sonra da diz çöküb dedi: gəlin, nəyimiz varsa, götürün. Biabırçılıq, indiyədək gördüyümüz ən alçaldıcı vəziyyət”, - siyasətçi deyib.
Sabiq prezident bildirib ki, ABŞ dünyanın ümidlərini doğrultmadı: “Hamı bizə baxıb deyir: lənət olsun, ABŞ-a nə oldu belə? Onlar inana bilmirlər”.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Pentaqon Kabildən təxliyyə olunmuş şəxslər barədə məlumatları açıqlayıb
Taliban* yaxın iki həftədə yeni hökuməti formalaşdıracaq
Əfqanıstan prezidentinin qardaşı taliblərə qoşulub
Taliban* ABŞ-dan asılı vəziyyətə düşüb
Xəbər lenti
0