Koronavirus testi, arxiv şəkli

Vaksin olunmayanlar üçün test dövrü başlayır, ancaq Türkiyədə

32
(Yenilənib 19:53 21.08.2021)
Vətəndaşlardan uçuş öncəsi, şəhərlərarafı avtobusla səyahət zamanı 48 saat öncədən PCR test vermələri tələb  olunacaq. Təhsil sektorunda çalışan işçilər üçün bu testlər dövlət xətəxanalarında pulsuz olaraq həyata keçiriləcək.

BAKI, 21 avqust — Sputnik. Türkiyədə vaksin olunmayanlardan COVID-19 testi tələb oluncaq. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, vaksin olunmayanların teatr, kinoteatr, konsert salonlarına girişi COVID-19-la əlaqədar verilən PCR testin neqativ nəticəsi ilə mümkün olacaq. Bununla da peyvənd olunmaq istəməyənlərin də sərbəst hərəkətinin təminatı məqsədi ilə artıq Türkiyə hökuməti müəyyən addımlar atıb.

Bundan başqa, vətəndaşlardan uçuşdan əvvəl, şəhərlərarafı avtobusla səyahət zamanı 48 saat əvvəl PCR test vermələri tələb olunacaq. Təhsil sektorunda çalışan işçilər üçün bu testlər dövlət xətəxanalarında pulsuz olaraq həyata keçiriləcək.

Vaksin olunmayan müəllimlərddən də bu testlər tələb olunacaq. Məsələyə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da ötən gün münasibət bildirib.

"6 sentyabrda əyani təhsilə başlanması ilə yanaşı vaksin olunmayan müəllimlər və digər təhsil işçiləri həftədə 2 dəfə COVID-19 testi verəcəklər", - deyə o bildirib.

Həmçinin oxuyun:

32
Tbilisi, arxiv şəkli

Gürcüstan Bakı Yerevan arasında vasitəçilik etmək üçün yeni platforma yaratmaq istəyir

11
Qonşu ölkənin Baş naziri bəyan edib ki, rəsmi Tbilisi sözügedən təşəbbüsün qalıcı olmasının tərəfdarıdır.

BAKI, 27 sentyabr — Sputnik. Gürcüstan hakimiyyəti Bakı və Yerevan arasında yüksək səviyyəli danışıqların aparılması üçün platforma rolunu oynamağa hazırdır. Sputnik Gürcüstan xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bazar ertəsi günü keçirilən brifinqdə səsləndirib.

O xatırladıb ki, Gürcüstan iyun ayında saxlanılan 15 erməni diversantın Ermənistana təhvil verilməsi, eləcə də Qarabağdakı mina sahələrinin xəritəsinin Azərbaycana ötürülməsinə kömək edib.

"Bu prosesi daha yüksək səviyyədə davam etdirmək üçün bizə qardaş olan iki dövlətə, azərbaycanlılar və ermənilərə Tbilisidə yaratmaq niyyətində olduğumuz bu platformanın köməyilə vasitəçilik təklif edir və istəyirik ki, həmin təşəbbüs qalıcı olsun", – deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl Qaribaşvili Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərkən Qara dəniz regionundan sülhün və sabitliyin təmin olunması üçün "dinc qonşuluq təşəbbüsü" yaratmağı təklif edib.

11
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan ABŞ-a Suriya İraqdan çıxmağı təklif etdi

680
(Yenilənib 14:37 27.09.2021)
Türkiyə lideri Vaşinqton, Moskva, Bağdad və Ankaranın Suriya və İraqda sülh və stabilliyə nail olmaq üçün birgə fəaliyyət göstərə biləcəklərinə ümid etdiyini bildirib.

BAKI, 27 sentyabr — Sputnik. Amerika qoşunları Əfqanıstandan çıxarılandan sonra ABŞ Suriya və İraqla bağlı da eyni addımı atmalıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Əlbəttə, əgər mənim seçim imkanım olsaydı, onların eynilə Əfqanıstandan olduğu kimi Suriya və İraqdan da çıxarılmasını istərdim. Əgər biz bütün dünyada sülh məqsədlərinə xidmət etmək istəyiriksə, bu ölkələrdə qalmağın mənası yoxdur", – deyə Ərdoğan CBS telekanalına müsahibəsində bildirib.

Türkiyə lideri qeyd edib ki, bu ölkələrin xalqları və hökumətləri müstəqil şəkildə qərar qəbul etmək hüququna malikdirlər.

Ərdoğan onu da bildirib ki, Türkiyə Suriya Ərəb Respublikasında mövcudluğunu bu ölkənin bərpasına yardım etmək məqsədilə saxlayır.

"Biz Suriyada 10 min evin tikintisi ilə məşğuluq. İnsanları, ailələri öz vətənlərindən qovub çıxarıblar. Biz onlar üçün ev tikirik. Mənə maraqlıdır ki, başqa ölkələr orada nə işlə məşğuldur? Bunu anlamaq çox vacibdir", – deyə o vurğulayıb.

Prezident, həmçinin Vaşinqton, Moskva, Bağdad və Ankaranın Suriya və İraqda sülh və stabilliyə nail olmaq üçün birgə fəaliyyət göstərə biləcəklərinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ silahlı qüvvələri Suriyanın neft və qaz ehtiyatları ilə zəngin şimal və şimal-şərq ərazilərinə qeyri-qanuni şəkildə nəzarət edir. Rəsmi Dəməşq dəfələrlə Amerika qoşunlarının öz ərazisində varlığını açıq-aşkar neft oğurluğu məqsədilə işğalçılıq hərəkəti hesab etdiyini bildirib.

 

680
Türkiyənin Bakıdakı səfirliyi, arxiv şəkli

Türkiyə İsrail səfirliyində Anım Günü qeyd olundu