Əfqanıstanda Taliban (Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması ) hərəkatının üzvləri, arxiv şəkli

Taliban* ABŞ-dan asılı vəziyyətə düşüb

38
(Yenilənib 01:51 21.08.2021)
Kabili ələ keçirən taliblər böyük hissəsi Nyu-Yorkun Federal Ehtiyat Sistemində (FED) yerləşən Əfqanıstan Mərkəzi Bankının ehtiyatından olan pullara sahib ola bilmədilər.

BAKI, 21 avqust – Sputnik. Əfqanıstanı ələ keçirən Taliban hərəkatı ölkənin Mərkəzi Bankındakı milyardlarla dollara sahib ola bilmir. Beynəlxalq Valyuta Fondu da terrorçulara yardım göstərməkdən imtina edib. Siyasi təlatümlərin ağuşunda olan ölkə iqtisadiyyatı pulsuzluqla üz-üzə qalıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Associated Press yazır.

Talibanın ümid etdiyi vəsaitlərin əksəriyyətinə Amerika və beynəlxalq təşkilatlar nəzarət edir. Qərb ölkələri bu vəziyyəti Əfqanıstanın yeni hökumətinə təzyiq vasitəsi kimi nəzərdən keçirirlər. Üstəlik, Talibanın hazırda pulları almaq üçün institusional stukturları yoxdur – bu isə ona iqtisadiyyatı idarə etməyə mane olur. Ölkənin təsərrüfat həyatı şəhərlərdə yerləşməyə başlayıb, ÜDM isə taliblərin iyirmi il bundan qabaq hakimiyyətdə olduqları vaxtdakından üç dəfə artıb. Defisit iqtisadi resessiyaya, o isə öz növbəsində 36 milyon əfqan üçün humanitar böhranın güclənməsinə səbəb ola bilər.

Üstəlik, taliblər hələ də xarici ölkələrin diplomatlarının maliyyə məsələlərində kiminlə danışıq aparmalı olduğunu bəyan etməyiblər. ABŞ Prezidenti Co Bayden deyib ki, Talibanın qlobal iqtisadiyyatın bir hissəsi olmaq istəyib-istəmədiyini bilmir. Mümkündür ki, yeni hökumət əcnəbi vasitələrsiz keçinməyi güman edir.

Taliban sonuncu dəfə Əfqanıstanda hakim olanda sakinlərin gündəlik qazancları 1 dollardan aşağı idi. Dünya Bankının məlumatına görə, Amerika əsgərlərinin orada olduğu müddətdə əhali üzrə ÜDM təxminən üç dəfə artdı. Əfqanıstanda mobil telefonlar peyda oldu, Coca-Cola və Airbnb biznesini açdı – bütün bunların isə qlobal iqtisadi qurumlara əlçatanlığa ehtiyacı var. NATO qüvvələrinin köməyi ilə hökumət qoşunlarının radikal terrorçu qruplara qarşı müharibəsi zamanı ölkənin iqtisadiyyatı ticarətdən xeyli asılı səviyyəyə düşdü. O zaman idxalın həcmi ildə 8 milyard dollara çatırdı. Bu, ixracdan təxminən on dəfə çox idi.

Əfqanıstanda valyuta ticarəti də dayanıb. ABŞ buralara dollar tədarük etmir, bu səbəbdən əfqan valyutası ucuzlaşır və inflyasiya sürətlənir.

Ekspertlər deyirlər ki, hakimiyyət dəyişikliyini maliyyələşdirən mənbələrə əvvəlkitək çıxışları olsa da, taliblərin ölkə üzrəində tam nəzarət qurması üçün bu kifayət etmir. İqtisadiyyatı xilas etmək üçün taliblər qlobal imiclərinə çəki-düzən verməli, eyni zamanda da öz əsgərlərinin, ultramühafizəkar müsəlmanların dəstəyindən məhrum olmamalıdırlar.

İqtisadçılar hesab edirlər ki, Taliban Cənubi Asiyada nüfuz sahibi olmaq istəyən ölkələrlə diplomatik əlaqələr barədə fikirləşməlidir. Məsələn, Çin artıq Əfqanıstanda sabitliyin bərqərar olmasında maraqlı olduğunu bəyan edib. Çinlilərin diqqətini litium çəkir – iqtisadi cəhətdən perspektivli metal mobil qurğular və avtomobillər üçün akkumulyatorların istehsalında istifadə olunur. Analitiklərin hesablamalarına görə, Əfqanıstanda bu nadir metalın ehtiyatlarının qiyməti 2020-ci ildə 1-3 trilyon dollar olub.

Kabili ələ keçirən taliblər böyük hissəsi Nyu-Yorkun Federal Ehtiyat Sistemində (FED) yerləşən Əfqanıstan Mərkəzi Bankının ehtiyatından olan pullara sahib ola bilmədilər. Avqustun 23-də Əfqanıstan Beynəlxalq Valyuta Fondundan 450 milyon dollar alası idi. Bu pullar iqtisadi böhranla mübarizə üçün nəzərdə tutulmuşdu, ancaq BVF yeni əfqan hökumətinin tanınmasında “beynəlxalq ictimaiyyətdə konkret fikir olmaması” səbəbindən bu vəsaitə çıxışı bağlayıb.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

Eləcə də oxuyun:

38
Teqlər:
'Taliban' qruplaşması, Əfqanıstan, BVF, dollar, maliyyə, ABŞ, FED, Mərkəzi Bank
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

3
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

3
Teqlər:
Belarus, ixrac, idxal

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərinin gedişini müşahidə ediblər

5
Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib.

BAKI, 19 sentyabr - Sputnik. Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Rusiya Dövlət Dumasına sentyabrın 17-19-da keçirilən seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında və Moskva vilayətində seçki prosesinin gedişini izləyiblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov APA-nın Moskva müxbirinə üç gün ərzində apardıqları müşahidələr haqqında məlumat verib.

Onun sözlərinə görə, Rusiya Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib.

Nümayəndə heyətimizin Rusiya Dövlət Duması və Federasiya Şurasının rəhbərliyi ilə görüşləri olub. Missiyamıza Moskva vilayətində videogörüntü rejimində müşahidə etmək imkanı yaradılmışdı. Qeyd edim ki, rəqəmsal videonəzarət sistemi həm Moskva vilayətində, həm də Moskva şəhərində fəaliyyət göstərirdi. Bundan başqa, bir sıra seçki məntəqələrində müşahidələr aparmışıq və missiyamız müşahidələrinin nəticələrini yaxın vaxtlarda təqdim edəcək”.

Azərbaycan millət vəkili Rusiya qanunvericiliyinə tələblərinə uyğun olaraq, seçkilərin gedişi ilə bağlı rəyin yalnız səsvermə bitəndən sonra təqdim edilə bilinəcəyini bildirib: “Müşahidə missiyamıza həm MDB İcraiyyə Komitəsi, həm MDB Parlamentlərarası Assambleyasının təmsilçiləri daxil idi. İlkin olaraq, müşahidələrimiz əsasında qeyd edə bilərik ki, Rusiyada seçkilər qanuna müvafiq qaydada keçirilib və onları baş tutmuş hesab etmək olar”.

Həmçinin oxuyun:

Rusiyada parlament seçkilərinin səsverməsi başa çatıb

5
Teqlər:
Rusiya, seçki, seçkilər