Mixail Xazin: "Ukrayna elitası ölkə haqqında düşünmür"

© pixabay / ZephyrkaВид на город Киев, фото из архива
Вид на город Киев, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Ukrayna, demək olar, yeganə postsovet ölkəsidir ki, 30 illik müstəqillik dövründə 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindəki iqtisadi səviyyəyə gəlib çata bilməyib.
BAKI, 20 avqust — Sputnik. Avqustun 24-də Ukrayna müstəqilliyinin 30-cu ilini qeyd edəcək. Bu müddət ərzində ölkə yalnız iqtisadi dağıntılara, korrupsiyanın "çiçəklənməsinə" və müəssisələrin tənəzzülünə nail olub.
İqtisadçı, publisist Mixail Xazin Sputnik-ə müsahibəsində yaxın gələcəkdə Ukrayna iqtisadiyyatını nələrin gözlədiyindən danışıb.

Ukrayna iqtisadi modeli uğursuzdur

SSRİ-nin dağılması bütün keçmiş sovet respublikalarına ağır zərbə vurdu. Bununla belə, Ukrayna, demək olar, yeganə postsovet ölkəsidir ki, 30 illik müstəqillik dövründə 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindəki iqtisadi səviyyəyə gəlib çata bilməyib.
Dünya Bankının məlumatına görə, 1990-cı ildə Dövlət Suverenliyi Bəyannaməsi imzalananda Ukraynada adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) 3965 dollara bərabər olub. 2020-ci ildə isə Ukraynada adambaşına düşən ÜDM cəmi 3115 dollar təşkil edib.
Ukraynadakı bu cür fəlakətli vəziyyət inflyasiya ilə də müşayiət olunur: son 10 ildə istehlak məhsulları, demək olar ki, 200% bahalaşıb.
"Ukrayna uğursuz dövlətdir, çünki onun Rusiya ilə qarşılıqlı əlaqədən imtina edən iqtisadi modeli həyat qabiliyyətli deyil ", - deyə Xazin vurğulayır.
Ekspertin fikrincə, tezliklə ölkədə yalnız transmilli şirkətlər qalacaq ki, onlar da "Ukraynanın axırına çıxacaq".
"Əfqanıstanda baş verənləri hamımız görürük. Böyük ehtimalla, bütün Şərqi Avropa ölkələri kimi Ukraynanı da təxminən bu cür ssenari gözləyir", - iqtisadçı belə hesab edir.
Xazin bu fikirdədir ki, Ukrayna iqtidarı özü iqtisadiyyatın inkişafında maraqlı deyil. Qərb və ABŞ isə Kiyevi ciddi qəbul etmir, yalnız ondan müəyyən məqsədlər üçün yararlanırlar.
"Ukraynada hakimiyyətdə olan bütün insanların fikri-zikri ölkəni bacardıqları qədər çox çapıb-talamaq, bu mümkün olmayanda isə dabanlarına tüpürüb qaçmaqdır", - deyə həmsöhbətimiz fikrini yekunlaşdırır.
Ukraynanı defolt gözləyirmi, Angela Merkel Kiyevə səfəri zamanı Vladimir Zelenski ilə "Şimal axını-2" məsələsini müzakirə edəcəkmi? Bu və digər sualların cavabı müsahibənin Sputnik-in "YouTube" kanalındakı rus dilində tam versiyasında.
Eləcə də oxuyun:
Dmitri Vıdrin: "Krım platforması" Kiyev sammiti – xam xəyaldır
Xəbər lenti
0