Əfqanıstanda Taliban (Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması ) hərəkatının üzvləri, arxiv şəkli

ABŞ-ın vitse-prezidenti 40 ilin ən böyük rüsvayçılığı barədə

30
Baydenin qoşunlarını geri çəkmək qərarı ABŞ-ı dünya arenasında rüsvay etdi, müttəfiqlərin bu ölkənin etibarlılığına şübhə etməsinə vadar etdi.

BAKI, 18 avqust — Sputnik. Birləşmiş Ştatların sabiq vitse-prezidenti Mayk Pens amerikalıların Əfqanıstandan getməsini rəsmi Vaşinqtonun beynəlxalq arenada son 40 ildə ən böyük rüsvayçılığı adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Pens "Wall Street Journal" qəzetində dərc olunan məqaləsində bildirib.

"Bayden Administrasiyasının Əfqanıstanı faciəvi şəkildə tərk etməsi - İranda girov böhranından sonra ABŞ-ın indiyə qədər yaşamadığı bir xarici siyasət rüsvayçılığıdır", - deyə Pens yazıb.

Onun sözlərinə görə, Baydenin qoşunlarını geri çəkmək qərarı ABŞ-ı dünya arenasında rüsvay etdi, müttəfiqlərin bu ölkənin etibarlılığına şübhə etməsinə vadar etdi və son 20 ildə Əfqanıstanda xidmət edən amerikalıların xatirəsini ləkələdi. O, eyni zamanda Baydenin hərəkətini "pisliyə səbəb olan zəiflik" adlandırdı.

Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

Eləcə də oxuyun:

30
Teqlər:
ABŞ, Əfqanıstan, Mayk Pens
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

12
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

12
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi
Facebook, Instagram və WhatsApp

Dünyaca məşhur müğənni nişanlandığını elan etdikdən sonra "Instagram" hesabını silib

7
Ancaq bəzi istifadəçilər müğənninin hesabı özünün sildiyinə inanmayıb və bildiriblər ki, bunsuz da ara vermək olardı.

BAKI, 17 sentyabr — Sputnik. Amerikalı pop müğənni Britni Spirs sevgilisi Sem Əsgəri ilə nişanlandığını elan etdikdən sonra "Instagram" hesabını silib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə özünün "Twitter" hesabında yazıb. Hazırda məşhurun sosial şəbəkədə ​​profilinə baxmaq mümkün deyil, ora daxil olanda "Üzr istəyirik, bu səhifə əlçatmazdır" mesajı görünür.

Amerikalı pop-ulduz "Instagram" hesabını silmək qərarını bir az fasilə götürmək istəyi ilə izah edib.

"Uşaqlar, narahat olmayın... Nişanımı qeyd etmək üçün sosial mediaya bir az ara verirəm!!! Tezliklə qayıdacağam", - deyə o bildirib.

Ancaq bəzi istifadəçilər müğənninin hesabı özünün sildiyinə inanmayıb və bildiriblər ki, bunsuz da ara vermək olardı. Pərəstişkarları Spirsdən qərarını canlı yayımda açıqlamasını istəyiblər.

Qeyd edək ki, ifaçının sosial şəbəkədə 34 milyondan çox izləyicisi var idi.

Xatırladaq ki, Spirs 2004-cü ildə uşaqlıq dostu Ceyson Allen Aleksandra ərə getsə də, 55 saat sonra evliliyi ləğv etmişdi. 2004-2007-ci illərdə isə Kevin Federlin ilə evli olub.

7