Haitidə zəlzələ

Haitidə zəlzələ qurbanlarının sayı 700-ü ötüb

16
Şənbə günü, avqustun 14-də Haitidə güclü yeraltı təkanlar baş verib. ABŞ-ın Sunami Xəbərdarlığı Mərkəzi (NWS) öncə sunami təhlükəsi elan etsə də, bir müddət sonra xəbərdarlığı ləğv edib.

BAKI, 15 avqust — Sputnik. Haitidə baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 700-ü ötüb. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, son məlumatlara görə, təbii fəlakət nəticəsində 724 nəfər həlak olub.

“Cənub departamentində 500 Qrand-Ans departamentində 100, Nipp departamentində isə 122 nəfər tələf olub”, - deyə ölkənin mülki müdafiə idarəsinin məlumatında deyilir.

Şənbə günü, avqustun 14-də Haitidə güclü yeraltı təkanlar baş verib. ABŞ-ın Sunami Xəbərdarlığı Mərkəzi (NWS) öncə sunami təhlükəsi elan etsə də, bir müddət sonra xəbərdarlığı ləğv edib.

Həmçinin oxuyun:

16
Teqlər:
zəlzələ, Haiti

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

5
(Yenilənib 22:27 25.09.2021)
BQXK-nin prezidenti humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı və tərəflər arasındakı uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. 

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir münaqişə kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Öz növbəsində BQXK-nin prezidenti Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib. O, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin ümumi humanitar məqsədli fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

5
Teqlər:
Ceyhun Bayramov, BQXK
Sergey Lavrov

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

345
(Yenilənib 22:53 25.09.2021)
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

345
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var