Alimlər pandemiya zamanı doğulan uşaqların intellektinin azaldığını aşkarlayıblar

© AFP 2023 / SERGEI SUPINSKYНоворожденные дети, фото из архива
Новорожденные дети, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Abunə olmaq
Alimlər deyirlər ki, uşaqların intellektinin azalmasına əsas təsir göstərən amil evdən işləməyə məcbur olan valideynlərinin stressi olub.
BAKI, 15 avqust — Sputnik. Rod-Aylenddəki (ABŞ) Braun Universitetinin alimləri tədqiqat apararaq belə qənaətə gəliblər ki, koronavirus pandemiyası zamanı doğulan uşaqların intellektual səviyyəsi özlərindən əvvəlki nəsillə müqayisədə aşağıdır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır.
Mütəxəssislər aşkarlayıblar ki, pandemiya zamanı tətbiq olunan məhdudiyyətlər səbəbindən sosial qarşılıqlı təsir azaldığından IQ səviyyəsi də düşür. Alimlər uşaqların ətraf mühitlə daha az təmasda olduqlarından koqnitiv inkişafda geridə qaldıqlarını vurğulayırlar. 
Alimlər Rod-Aylend ştatında üç aydan üç yaşadək 672 uşağın IQ dərəcəsini yoxlayıblar. Eksperiment iştirakçılarının, demək olar ki, yarısı 2019-cu ilin yanvarınadək, 176-sı 2019-cu ilin yanvarından 2020-nin martınadək, 188-i isə 2020-ci ilin iyulunda doğulub.
Tədqiqatın nəticələrinə görə, IQ testlərinin orta göstəricisi, Mallenin ilkin inkişaf şkalasına görə, pandemiya dövründıə doğulanlarda 78-dən yuxarı olmayıb. Pandemiyadan əvvəl, 2011-2019-cu illər aralığında doğulanlarda bu göstərici 100 idi. Mütəxəssislər onu da vurğulayırlar ki, kasıb ailədən olan oğlan uşaqlarında geriləmə daha çoxdur. 
Alimlər deyirlər ki, uşaqların intellektinin azalmasına əsas təsir göstərən amil evdən işləməyə məcbur olan valideynlərinin stressi olub. Eləcə də tibbi maskalar buna təsir göstərə bilər, çünki uşaqlar valideynlərinin mimikalarından nəsə öyrənmək imkanından məhrum olublar. 
Eləcə də oxuyunı: 
Koronavirusun mənşəyi ÜST-ə rahatlıq vermir: yeni qrup yaradır
Koronavirus Alsheymer xəstəliyinin yaranmasına səbəb ola bilər
ÜST-ün koronavirus barədə romantik planları
 
Xəbər lenti
0