Meyit, arxiv şəkli

Haitidə dəhşətli zəlzələ: qurbanların sayı 200-dən çoxdur

24
(Yenilənib 00:05 15.08.2021)
Ölkənin baş naziri Ariel Anri bildirib ki, 7.2 maqnitudalı zəlzələ ilə bağlı Haitidə fövqəladə vəziyyət elan edəcək.

BAKI, 14 avqust - Sputnik. Şənbə günü, avqustun 14-də Haitidə baş verən zəlzələnin qurbanlarının sayı 227-yə çatıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Mülki Müdafiə İdarəsi məlumat yayıb. 

Ölkənin baş naziri Ariel Anri bildirib ki, 7.2 maqnitudalı zəlzələ ilə bağlı Haitidə fövqəladə vəziyyət elan edəcək.

"Biz zəlzələ nəticəsində zərər görən insanlara kömək etmək üçün tədbirlər görməyə hazırlaşırıq. Fövqəladə vəziyyətə münasibətdə həmrəylik göstərməliyik. Hökumət fövqəladə vəziyyət elan edəcək. Biz operativ hərəkət edəcəyik", - Anri Twitter-də yazıb.

ABŞ-ın Sunami Xəbərdarlığı Mərkəzi (NWS) öncə sunami təhlükəsi elan etsə də, bir müddət sonra xəbərdarlığı ləğv edib. 

24
Teqlər:
Haiti, zəlzələ, qurban, video
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Finlandiyanın xarici işlər naziri Pekka Olavi arasında görüş

Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri ilə görüşüb

80
Nazir Pekka Haavisto ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu ifadə edib.

BAKI, 23 sentyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan və Finlandiya arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğu vurğulanıb.

Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, təhsil, kənd təsərrüfatı, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair, eləcə də regional təhlükəsizlik məsələləri, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğunu qeyd edib.

Tərəflər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Pekka Haavisto ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu ifadə edib. O, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib və üçtərəfli bəyanatın icrasının vacib olduğunu vurğulayıb.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib. 

Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Baş Assambleyanın bu ilki iclası “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzulara həsr edilib.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşdü

80
Yanacaqdoldurma məntəqəsi, arxiv şəkli

Rusiyada Aİ-95 benzininin birja qiyməti rekord vurdu

93
(Yenilənib 17:13 23.09.2021)
Rosstat-ın məlumatlarına görə, ölkədə pərakəndə satış qiymətləri sentyabr ayının əvvəllərindən azalmağa doğru gedir.

BAKI, 23 sentyabr - Sputnik. Sankt-Peterburq əmtəə xammal birjasında iki gün ərzində Ai-95 markalı benzinin qiyməti Rusiyada növbəti rekordu vurub. RİA Novosti-nin məlumatına görə, birjadakı sövdələşmələrdə bu markalı benzinin qiyməti bir ton üçün 60,38 min rubl (1550 manat) həddini keçib.

Eyni zamanda, Rosstat-ın məlumatlarına görə, Ai-95-in ölkədə pərakəndə satış qiymətləri sentyabr ayının əvvəllərindən azalmağa doğru gedir. Belə ki, hazırda bu markalı benzinin orta qiyməti sentyabr ayı ərzində təqribən 0,24 rubl (təqribən 0,06 manat) azalıb.

Rusiyanın Energetika Nazirliyi birjada qiymət artımını ölkədə bir neçə neftayırma zavodlarında təmir işlərinin getməsi, habelə bazarın yay yanacaq növlərindən qış növlərinə keçidi ilə əlaqələndirib.

Nazirlikdən həmçinin bildirilib ki, birja hərraclarında benzin qıtlığı ola bilməz.

Qeyd edək ki, sentyabr ayının 15-dən etibarən "Super" və "Premium" markalı yanacaq növlərinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Həmçinin oxuyun:

SOCAR benzinin bahalaşmasına münasibət bildirib

93
Əsir, arxiv şəkli

İtkin düşmüş hərbi əsirlərin problemlərinin həlli

0
Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

BAKI, 23 sentyabr — Sputnik. Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlumatına görə, Qarabağ münaqişəsi başlayandan bəri 719-u mülki şəxs olmaqla 3890 Azərbaycan vətəndaşı itkin düşüb. Müraciətdə deyilir ki, indiyə qədər Xocalı şəhərinin 196 sakini, o cümlədən 36 uşaq və 65 qadın (20 qoca) itkin düşüb. Azərbaycan Respublikasının, həmçinin Cenevrə konvensiyalarının, iştirakçısı olduğu beynəlxalq sazişlərin tələblərinə zidd olaraq, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı itkin düşmüş yeddi Azərbaycan hərbçisinin taleyi haqqında da məlumat vermir. Son bir ildə Rusiyanın vasitəçiliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) köməyi ilə keçmiş münaqişədə olan tərəflər arasında dəfələrlə hərbi əsirlər dəyişdirilib.

Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynalov, həmçinin qeyd olunan məsələlərlə məşğul olan digər ictimai təşkilatların nümayəndələri sentyabrın 30-da saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında bu problemlərin necə həll olunması barədə danışacaq.

Tədbir iştirakçılarına sualları əvvəlcədən e.velizade@sputniknews.com elektron ünvanına göndərmək olar.

Əlaqə:

Telefon: 404-13-86

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

0
Teqlər:
itkin, hərbi, hərbi əsir