Kastamonu şəhərində daşqınlar, Türkiyə

Türkiyədə fəlakət nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb

756
Doqquz nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Daşqın zonasından ümumilikdə 2 200-dən çox sakinin təxliyə olunduğu bildirilib.

BAKI, 14 avqust — Sputnik. Türkiyənin şimalında daşqınların törətdiyi fəsadlar artmaqda davam edir. Sputnik Azərbaycan xəbər verir ki, fəlakət nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb. Onlardan 34 nəfəri Kastamonu, 6 nəfəri Sinop vilayətində, bir nəfər isə Bartında həyatının itirib. Sonuncu bir neçə gün idi ki, itkin sayılırdı.

Doqquz nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Daşqın zonasından ümumilikdə 2 200-dən çox sakinin təxliyə olunduğu bildirilib.

Bölgədə axtarış-xilasetmə və təxliyə işləri üçün helikopterlər cəlb olunub.

Eləcə də oxuyun:

756
Teqlər:
daşqın, sel, fəlakət, Türkiyə, ölənlər
Nikol Riçi, arxiv şəkli

Dünya şəhrətli ulduzun saçları ad günündə alışıb

7
(Yenilənib 22:37 23.09.2021)
Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

BAKI, 23 sentyabr — Sputnik. Dünya şöhrətli ulduz Nikol Riçi doğum gününü sevdikləri ilə birlikdə qeyd edərkən uğursuz hadisə ilə üzləşib. Sputnik Azərbaycan verir ki, tortun üzərindəki şamları söndürmək üçün əyilən məşhurun saçları alovlanıb. O, qısa müddətli panikadan sonra saçlarını xilas edib.

2000-ci illərin ilk yarısında çılğın həyatı ilə gündəmdə olan və evlənib uşaq sahibi olduqdan sonra sakit həyatına davam edən Nikol Riçi, 40 yaşını qeyd edərkən yaşadığı bu hadisənin görüntülərini sosial media hesabında yayımlayıb.

Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

Məşhur müğənni sənət fəaliyyətinə 2003-cü ildən başlayıb. Məşhur pop kralı Maykl Cekson onun xaç atasıdır.

7
Teqlər:
məşhur, müğənni, ad günü

Narışkin: Rusiya ABŞ Əfqanıstana dair məlumat mübadiləsi aparırlar

7
XKX direktoru: biz müxtəlif kəşfiyyat təşkilatlarındakı həmkarlarımızla beynəlxalq terrorçuluq, o cümlədən Əfqanıstan ərazisindən ola biləcək təhlükələrə dair əməliyyat məlumatları ilə mübadilə aparırıq.

BAKI, 23 sentyabr - Sputnik. Rusiya kəşfiyyat orqanları xətti ilə Birləşmiş Ştatlarla Əfqanıstandakı vəziyyətə dair məlumat mübadiləsi aparır. RİA Novosti-nin məlumatına görə, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. 

Onun sözlərinə görə, məlumat mübadiləsi həmçinin Əfqanıstan ərazisindən ehtimal olunan təhlükələri də ehtiva edir.

"Biz müxtəlif kəşfiyyat təşkilatlarındakı həmkarlarımızla beynəlxalq terrorçuluq, o cümlədən Əfqanıstan ərazisindən ola biləcək təhlükələrə dair əməliyyat məlumatları ilə mübadilə aparırıq", - deyə Narışkin Əfqanıstanla bağlı ABŞ-la məlumat mübadiləsinin aparılıb-aparılmaması barədə sualın cavabında deyib.

Həmçinin oxuyun:

Putin ŞƏT-in anti-terror strukturunun gücləndirilməsini təklif edib

7
Teqlər:
Sergey Narışkin
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

0
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

0
Teqlər:
Bülbül