Siçovul, arxiv şəkli

"Elm naminə" - siçovulları bir ay qıdıqladılar

283
(Yenilənib 23:22 09.08.2021)
Siçovulların hamısı eyni deyil və bəziləri bədənin müəyyən hissələrinə toxunmağa, hətta ümumiyyətlə qıdıqlanmağa etiraz edirlər.

BAKI, 9 avqust — Sputnik. İngiltərə Universitetinin avstraliyalı alimləri siçovulların emosional vəziyyətlərini yaxşılaşdırmaq üçün necə gıdıqlamağın yollarını tapıblar. Araşdırma nəticələri Avstraliya Paytaxt Ərazisinin dövlət portalında yerləşdirilib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 2019-cu ildə Avstraliyanın paytaxt ərazisi rəhbərliyi (Avstraliyanın paytaxtı Kanberra, Namaji Milli Parkı və Kiçik Kənd Təsərrüfatı Bölgəsi də daxil olmaqla) alimlərdən laboratoriya heyvanları üzərində aparılan təcrübələrin yalnız fiziki nəticələrini deyil, həm də onların emosional rifahını da nəzərə almalarını tələb edən qanun qəbul edib. Bu, tədqiqatçıları təcrübə heyvanlarının psixi vəziyyətini yaxşılaşdırmaq yollarını axtarmağa vadar edib.

Müşahidələr göstərib ki, siçovullar qıdıqlanmağa müsbət münasibət bəsləyirlər və zövq aldıqlarına dəlalət edən səslər çıxarırlar. Bunu yoxlamaq üçün araşdırma müəllifləri bir ay ərzində bəzi siçovulları hər gün qıdıqlayıblar, bəzilərinə isə əl vurmayıblar. Məlum olub ki, qıdıqlama siçovulların emosional vəziyyətini yaxşılaşdırır, qorxunun öhdəsindən gəlməyə kömək edir, onu ram etməyə imkan verir və ümumiyyətlə qarşılıqlı əlaqə kimi işləyir.

Elm adamları bir siçovulun necə düzgün qıdıqlanacağını da söyləyiblər: əvvəlcə boynunun arxasını qaşımaq lazımdır, daha sonra siçovulu kürəyi üstə çevirmək və sinə nahiyəsini qıdıqlamaq lazımdır. Bu cür qarşılıqlı əlaqə siçovullar arasındakı oynaq mübarizəni təqlid edir və gəmiricinin müsbət emosiyalar almasına imkan verir. Tədqiqatçılar quyruğa və quyruq ətrafındakı nahiyəyə toxunmamağı tövsiyə qdirlər, ümumiyyətlə bu hissəyə toxunmaq siçovullarda aqressiya yaradır, onlar qorxduğundan adama hücum da edə bilər.

Tədqiqatçılar xatırladırlar ki, siçovulların hamısı eyni deyil və bəziləri bədənin müəyyən hissələrinə toxunmağa, hətta ümumiyyətlə qıdıqlanmağa etiraz edirlər. Ev heyvanınıza fayda gətirmək üçün ilk növbədə onun reaksiyasına diqqət yetirməli və müqavimət göstərərsə, təmas qurmağa məcbur etməməlisiniz.

Eləcə də oxuyun:

283
Teqlər:
siçovul, laboratoriya, alim
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

2
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

2
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

4
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

4