Ermənistan müdaiə naziri Arşak Karapetyan

Ermənistan müdafiə nazirinin müavini vəzifəsini tərk etdi

126
(Yenilənib 16:28 21.07.2021)
Müdafiə naziri Vaqarşak Arutyunyandan sonra Suren Sarkisyan da Müdafiə nazirliyindəki vəzifəsi ilə vidalaşmalı odu.

BAKI, 21 iyul - Sputnik. Ermənistan müdafiə nazirinin müavini Suren Saakyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın xəbərinə görə, bununla bağlı Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan fərman imzalayıb.

İyulun 20-də Ermənistan Müdafiə nazirliyində baş verənlər

18:33

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Baş Qərargah rəisinin müavini Arşak Karapetyan Müdafiə Nazirinin birinci müavini təyin edilib. 

Bundan bir qədər əvvəl isə prezidentin fərmanı ilə Arşak Karapetyan Baş Qərargah rəisinin müavini postundan azad edilib. O, indi faktiki olaraq iyulun 20-də istefaya gedən Vaqarşak Arutyunyanın əvəzinə Müdafiə naziri vəzifəsini icra edəcək.

Karapetyan bu ilin aprelində Baş Qərargah rəisinin birinci müavini postuna təyin edilib. Buna qədər isə o, Baş nazirin müşaviri olub.  

Mövcud hakimiyyət onu 2016-cı ilin aprel döyüşləri zamanı baş verən rüsvayçılıqdan sonra "himayə" edib. General o vaxt Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi vəzifəsini tuturdu və bu döyüşlərdən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.

2018-ci ilin dekabrında Baş nazir Nikol Paşinyan onu özünə müşavir təyin etməyə qərar verib. 

16:44 

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan tutduğu postdan istefa verib. Sputnik Ermənistan yazır ki, bu barədə məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. 

Arutyunyan artıq nazirlikdə vida görüşünü də keçirib.

Qeyd edək ki, son zamanlar Ermənistan KİV-ləri tez-tez Arutyunyanın istefaya gedəcəyini yazırdı. 

Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə də nazir postunu tutub. Sonra siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. 2002-ci ildə o zamanki prezident Robert Köçəryan tərəfindən vəzifədən qovulub ​​və general-leytenant rütbəsindən məhrum edilib.

2019-cu ildə Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı ilə yenidən rütbəsi bərpa olunub. 2020-ci ilin avqustunda Baş nazir Nikol Paşinyanın baş müşaviri və həmin ilin noyabr ayının sonunda isə müdafiə naziri təyin edilib.

126

Londonun su basmış küçələri

484
(Yenilənib 08:57 27.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

484
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

SputnikPro: "feyk-nyus" nədir onunla necə mübarizə aparmalı